Ermənistanı cəzalandırma əməliyyatının önümüzə açdığı imkanlar...
02-10-2020 [09:03]
Elxan ŞÜKÜRLÜ,
“Strateq.az” saytının baş redaktoru
***
Bütün Azərbaycan tələsir, böyük intizarla əsgərlərimizin işğal altındakı ərazilərimizdən daha hansını düşməndən azad etdiyi xəbərini gözləyir.
Bu, Azərbaycan cəmiyyətinin Qarabağ savaşına psixoloji olaraq tam hazırlığının və yüksək döyüş ovqatında, qələbə əzmində olduğunun çox yaxşı bir göstəricisidir.
Ancaq unudulmamalıdır ki, hərb sənətinin öz qaydaları və Ordumuzun qarşısında da konkret tapşırıqları var: Azərbaycanın başladığı əks-hücum və cəzalandırma əməliyyatının vaxtı, sürəti həm də Ermənistanın daxili siyasi həyatına nüfuz etməyə və indiyədək əleyhimizə olan danışıqlar formatını və şərtlərini dəyişməyə, eyni zamanda Silahlı Qüvvələrimizin real döyüş şəraitində zəif və güclü tərəflərini daha dəqiqliyi ilə yoxlayıb qiymətləndirməyə hesablanıb.
Ordumuzun son 3 sutka ərzində əldə etdiyi nəticələr isə önümüzə gözlədiyimizdən də yaxşı mənzərə və yeni imkanlar açıb:
Əvvəla, düşmən Qarabağ xətti üzrə indiyədək yarılmaz və alınmaz hesab etdiyi bütün istiqamətlərdən sarsıdıcı zərbələr alıb, çoxsaylı canlı qüvvəsini (2300-dən çox), o cümlədən onlar üçün çox qiymətli sayılan hərbçi kadrlarını, hissə və bölmələrini, həmçinin dəyəri milyonlarla ölçülən texnikalarını, silah-sursat anbarlarını itirib.
İkincisi, düşmənin uzunmüddətli savaş və müqavimət imkanlarını heçə endirəcək strateji yüksəkliklər, əlaqə yolları Ordumuzun tam nəzarəti altına keçib. Təkcə son 3 sutka ərzində əldə edilən yeni mövqelərimizin möhkəmləndirilməsi kifayətdir ki, bu, tələsmədən növbəti uğurlu əks-hücum əməliyyatlarımız üçün əlverişli platsdarm olsun.
Üçüncüsü, cəza əməliyyatlarımızın sürəti və gözlənilməzliyi düşmən ordusunda böyük vahimə, çaxnaşma yaradıb, müqavimət əzmini, savaş ruhunu qıraraq kütləvi fərarilik meyllərini gücləndirib. Artıq erməni komandanlığının bu mövzuda məxfiçilik qaydalarını pozaraq, qorxu və vahimə içərisində, böyük təlaşla etdikləri bütün telefon danışıqları ələ keçirilib, eləcə də kəşfiyyatçılarımız çox qiymətli görüntülər, çəkilişlər əldə ediblər.
Dördüncüsü, ən vacibi, 3 sutka ərzində nail olduqlarımız diplomatiyamızın beynəlxalq miqyasda əlini inanılmaz dərəcədə gücləndirərək, gələcək danışıqlarda əsas diktə edən tərəfə çevrilməyimizi indidən şərtləndirib.
Və nəhayət, Ermənistanda daxili siyasi çaxnaşmanın əsası qoyulub, Paşinyanın taxtı laxladılıb, Ermənistanın ictimai-siyasi həyatında bölünmə yaradaraq, hücumun dayandırılması üçün Azərbaycanla dil tapmağa çalışan, güzəştə getməyə hazır siyasətçilərin mövqeləri gücləndirilib…
Bu, hələ 3 sutkanın nəticəsidir. İndi onu da nəzərə alın ki, Azərbaycan əks-hücum əməliyyatlarını süni şəkildə uzadaraq, məhdud resurslu Ermənistanı ən müxtəlif cinahlardan daha geniş cəbhədə savaşa çəkəcək…
Əmin olun, bu savaşda bizə məğlubiyyət yoxdur! Ya şəhid olub Allah tərəfindən mükafatlandırılacaq, adımızı Azərbaycanın şərəf tarixinə əbədi həkk edəcəyik, ya da yeni qələbələrlə ölkəmizi dünyanın müasir müharibələri tarixində öz nümunələrini yaradan və Cənubi Qafqaz-Mərkəzi Asiya geopolitik xəttinin ən qüdrətli dövlətlərindən birinə çevirəcəyik!
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb