Energetika Nazirliyi erməni atəşləri nəticəsində enerji sektoruna yaranan vəziyyətlə bağl açıqlama yaydı
01-10-2020 [17:32]
Ermənistanın silahlı qüvvələri mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir. Bu günə olan məlumatlara görə, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində Goranboy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Göygöl rayonları və Naftalan şəhərini elektrik enerjisi ilə təchiz edən infrastrukturların bir qismi yararsız hala düşüb.
Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, belə ki, Goranboy rayonunda 35 kV-luq “Gülüstan”, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyadan çıxan 10 kV-luq “Əzizbəyov”, “2-ci Subartezian” hava xətləri və 2 ədəd transformator vurulub.
Tərtər rayonunda 35 kV-luq “İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-luq “1№-li Hüsənli” hava xətti 9 yerdən, “3 №-li Qaraqoyunlu” hava xətti 11 yerdən, “4 №-li Qaynaq” hava xətti 17 yerdən, “5 №-li Evoğlu” hava xətti 1 yerdən, “10№-li Qapanlı” hava xətti 12 yerdən, “6 №-li Qarağacı” hava xətti 3 yerdən vurulub. Bu xətlərin, həmçinin yararsız vəziyyətə düşmüş 35 kV-luq “Dəmirçilər”, “İsmayılbəyli” hava xətlərinin, eləcə də 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və 30 dəfə vurulmuş 10 kV-luq “6 №-li Şıxarx” hava xəttinin təmir-bərpası hələlik mümkün olmayıb. 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan və dəfələrlə atəşə məruz qalmış 10 kV-luq “3 №-li AzGes”, “8 №-li Şəhər”, “11 №-li Sarıcalı”, “9 №-li Şəhər”, 1 №-li Qaradağlı” və “4 №-li Seydimli” hava xətləri isə bərpa olunub.
Füzuli rayonunda 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti , 35/10 kV-luq “Mahmudlu” yarımstansiyasından çıxan 10 kV-luq “Qazaxlar” hava xətti vurulub və bərpa olunub. Alxanlı kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkə yararsız haldadır, təmir-bərpa işləri görülür.
Ağdam rayonunda 35 kV-luq “Quzanlı-1”, “Quzanlı-2” hava xətləri, 35/10 kV-luq “Əfətli”, 110/35/10 “Təzəkənd, 35 kV-luq “Xındırıstan” , 35 kV-luq “Baharlı”, 35/10 kV-luq “Baharlı”, 35/10 kV-luq “Ergi-1” və 110/35/10 kV-luq “Ergi” yarımstansiyalarından çıxan 10 kV-luq hava xətləri dəfələrlə atəşə məruz qalıb. Bu hava xətləri bərpa edilib, lakin vurulan 3 ədəd transformator tamamilə yarasız vəziyyətdədir.
Ağcabədi rayonunda 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “Arazbarı” hava xətti 4 dəfə vurulub və bərpa olunub.
Naftalanın Qaşaltı kəndində və Göygölün Tovuzlar kəndində isə 0.4 kV-luq paylayıcı şəbəkələr yararsız haldadır, təmir-bərpa işləri görülür.
Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar 27 sentyabr tarixindən etibarən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, Tərtər rayonu üzrə ümumilikdə Tərtər şəhəri və 51 kəndin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı bərpa edilib. Füzuli rayonu üzrə 3910 abonentə təbii qaz verilib, 8655 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 43 kənddən ibarət Ağcabədi rayonunun 25 kəndində qaz təchizatı isə məhdud olaraq qalır.
Bu gündən Beyləqan rayonunun 42 kəndinin qaz təchizatı tam təmin edilib. Ağdam rayonunun 1 kəndi (İmanqulubəyli kəndi) və 5 qəsəbəsi (83 saylı Yeni İmanqulubəyli, İmanqulubəyli, Quzanlı, Quzanlı-1 və Qasımbəyli qəsəbələri, 689 saylı qəsəbə) təbii qazla təmin edilib, rayonun 53 yaşayış məntəqəsinin qaz təchizatı isə məhdudlaşdırılmış olaraq qalır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi