"Azəriqaz": "Cəbhə xətti boyu texniki vasitələr və işçi qüvvə tam hazır vəziyyətə gətirilib"
28-09-2020 [13:31]
“Azəriqaz” İstehsalat Birliyində yaradılan Xüsusi Qərargah baş verənləri diqqətdə saxlayır və cəbhə xətti boyu qaz təsərrüfatında hər hansı qəza halları baş verərsə, dərhal aradan qaldırılması üçün texniki vasitələr və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib.
“Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, son sutka ərzində Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsi Tərtər Regional qaz istismarı İdarəsindən operativ olaraq məlumatları əldə edir və bu barədə Xüsusi Qərargah lazımi tədbirlərin görülməsinə dair tapşırıqlar verir. Düşmən tərəfinin açdığı atəş nəticəsində Tərtər rayonunun Borsunlu kəndində 57 mm, Hüləbəndi kəndində ŞQTM tipli qaz tənzimləyicisi, Tərtər şəhərinin Sahil küçəsində 30, 40 və 159 mm, Babək küçəsində 57 və 76 mm, H. Əliyev prospektində 108 və 159 mm diametrində olan qaz xətləri və avadanlıq zədələnib.
Bundan başqa döyüşlərin getdiyi vaxtlarda dünən və bu gün təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində qaz təchizatı dayandırılıb:
27.09.2020-ci il tarixində saat 07:45-dən cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar Füzuli və Tərtər rayonlarının qaz təchizatı dayandırılıb;
Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı 27.09.2020-ci il tarixində saat 08:00-dən etibarən dayandırılıb;
27.09.2020-ci il tarixində saat 07:50-dən Beyləqan rayonunun 9 kəndi və 10 qəsəbəsinin qaz təchizatı dayandırılıb;
27.09.2020-ci il tarixdə saat 07:42-dən Ağcabədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılıb.
Qeyd edək ki, Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə qazın verilməsi təmin edilib. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhərinin intensiv atəşə tutulması nəticəsində düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi