"İnam müəllim, kəndli çıxılmaz durumdadır, hərəkətə keçmək lazımdır..."
23-09-2020 [14:12]
Seymur VERDİZADƏ
***
Azərbaycan xaricdən kərə yağı ixrac edir. Çünki yerli istehsal bizim tələbatımızı ödəmir.
Azərbaycan xaricdən həm də dana əti idxal edir. Çünki fermerlərimizə məxsus mal-qaranın əti "dişimizin dibində qalır". Hansı ki, biz amerikalılardan və avropalılardan iki dəfə az ət istehlak edirik…
İran kartofu, türk limonu, qazax buğdası bazarlarımızda "ayaq tutub yeriyir".
Uşaqlarımız Pakistan istehsalı olan ucuz şalvarlar geyinirlər. Çində istehsal olunan keyfiyyətsiz bəzək əşyaları qızlarımızı mənşəyi bəlli olmayan xəstəliklərə yoluxdurur. İtaliyadan əvvəllər ayaqqabı alırdıqsa, indi üstündə bir cüt corab da sifariş veririk. Çünki yerli istehsal keyfiyyətsizdir. Evdə geyindiyimiz corab işə çatana kimi ayağımızda cırılır...
Əvvəllər də yazmışam, biz nəinki "Sony" ilə, hətta Anadoluda çəltik becərən türk qardaşlarımızın ağız büzdükləri "Arzum"la da rəqabət aparmağa qadir deyilik. Bundan sonra azı 50 il də baş işlətsək, “iPhone”nun tozuna çatan telefon istehsal edə bilməyəcəyik. Türkiyədən aldığımız şalvarları azı 40 il bundan sonra da Çin istehsalı olan məişət texnikası ilə ütüləyəcəyik. Bilirsiniz, niyə? Çünki biz kəndliyik. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Sovet dövründə limonumuzun rəngi, almamızın adı, badımcanımızın dadı ilə öyünmüşük. İndi isə kəndlinin əl-qolu işdən soyuyub. Əkib-becərmək, bolluq yaratmaq istəyənlərin sayı hər ötən gün azalır. Aqil Abbas “kəndli soğan əksin” deyəndə, hamılıqla onu “topa tutduq”. Bu sualı bir dəfə də vermişdim: Aqil Abbas nə deməliydi? Deməliydi ki, kəndli nəşə əksin?
Hələ bunu deməyə-deməyə nəşə əkənlərin sayı sürətlə artır. Elə bir gün yoxdur ki, DİN narkotik məhsulların məhv edilməsiylə bağlı xəbər yaymasın. Ayıq-sayıq polislərimiz bəzən bir gündə 4-5 ton çətənə kolu yandırırlar. Hüquq-mühafizə orqanları İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən cinayətkarlara qarşı mübarizəni gücləndirib. Bilmirəm, bu vəziyyətə gülüm, yoxsa ağlayım; kartofu da, kokaini də xaricdən alırıq…
Başa düşürəm, düz söz adamı incidir. Amma kimsə həqiqəti deməlidir. Həqiqət isə yarımçıq olmur, onu bütöv görmək və demək lazımdır. Kəndlinin əl-qolunun işdən soyuduğunu deyəndə, rayonlardakı bütün münbit torpaqların icra başçıları tərəfindən mənimsənildiyini da demək lazımdır. Su çatışmazlığı üzündən əkin sahələrinin yandığını, kəndlinin də öz tarlasına baxıb için-için yandığını da demək lazımdır. Bazarların bir qrup monopolistin əlində olduğunu, kəndlinin min bir əziyyətlə becərdiyi məhsulu qəpik-quruşa dəllallara satdığını da demək lazımdır…
Kəndli çıxılmaz durumdadır. Zaman ötdükcə, onun problemləri üst-üstə qalaqlanıb, pambıq tarlasına çevrilir. İnam müəllim, hərəkətə keçmək lazımdır. Axı siz vaxtilə ən çətin problemləri ASAN yolla həll etmiş adamsınız…
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb