Gələn ildən ünvanlı sosial yardımlar aztəminatlı ailələrə aylıq olaraq veriləcək

img

06-11-2013 [13:58]


Ölkədə ünvanlı sosial yardımların verilməsində yeniliklər tətbiq ediləcək. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib.

Xidmət rəisi bildirib ki, indiyə qədər ünvanlı sosial yardımların verilməsi 2 aylıq olaraq verilirdi. Növbəti ilin yanvar ayından etibarən isə ünvanlı sosial yardımlar aztəminatlı ailələrə aylıq olaraq veriləcək:

"Ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində daha bir yenilik olaraq əmək haqları, pensiyalar və sosial müavinətlər kimi ünvanlı yardımlar da növbəti ilin yanvar ayından etibarən aylıq hesablara köçürüləcək. Bununla da ünvanlı sosial yardımların ödənişində hər hansı bir gecikmə tam aradan qaldırılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA