Tarif Şurası: "Qaz, su, işığın qiyməti bahalaşmayacaq!"

img

06-11-2013 [11:27]


Azərbaycanda kommunal xidmət tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil.

Mi.az xəbər verir ki, bu barədə «APA-Economics»ə Tarif (Qiymət) Şurasından məlumat verilib: «Hazırda tariflərin artırılması ilə bağlı Şurada heç bir məsələ müzakirə olunmur».

Tarif Şurasından bildirilib ki, kommunal xidmətlərin tariflərinin artırılması ilə bağlı müvafiq dövlət təşkilatları olan «Azərenerji» ASC, Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi və «Azərsu» ASC-dən quruma heç bir təklif daxil olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA