Milli Qəhrəman Əliyar Əliyevə sayğısızlıq: "Deputat İmamverdi İsmayılov 200 manat göndərib, deyib ki..."
11-09-2020 [21:31]
Zaur ƏHMƏD
***
Dünən Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyevlə tanış oldum, söhbətləşdik.
Çox gərgin, eləcə də aqressiv idi. Deməli, iki il əvvəl 16 illik hərbi xidmətdən sonra mayor rutbəsindən xəstəlik səbəbindən tərxis olunub, hələ də pensiya ala bilmir. Bilirəm ki, ordudakı idarəçilik, mühit onu daha çox narahat edib, nəinki xəstəlik. İndi işsizdir, şəxsi maşını ilə "taksovatlıq" edir. Əliyar kimi bir qəhrəmanın oğlu, 16 illik hərbiçi, bu gün də sevgi ilə, sayğı ilə anılan hərbiçi dolanışıq dərdinə qalıb. Normal evi belə yoxdu, uşaqları quru yerdə yatır, normal mebeləri belə yoxdur. Diqqət elədim, mobil telefonu da 30 manatlıq telefonlardan idi.
Deyir ki, məni 16 illik xidmətimin qiymətləndirilməməsi, sosial durumumun ağırlığı, işsizlik, kasıblıq qətiyyən incitmir. Kiməsə minnətçi düşməyi də özünə sığışdırmır. Amma atası, hamımızın müqəddəsi, ölkənin Milli Qəhrəmanı Əliyar Əliyevin Sumqayıtda 42-ci məhəllədə gözdən uzaq bir yerdə qoyulan abidəsinin bərbad günə düşməsindən çox narahatdır.
Haqlı olaraq, dövlətdən də, millətdən də narazıdır. Azərbaycanın Milli Qəhrəmanının abidəsi nəyə görə o vəziyyətdə olmalıdır. Köhnəlmiş, kiflənmiş aqlaydaşını mamır basıb, gün qəhrəmanın şəklini də bozardıb. Amma bu abidəni abadlaşdırmalı olan səlahiyyətli şəxslərin üzündə zərrə qədər qızarma, bozarma yoxdur.
Emin Əliyev so günlər boş dayanmayıb, özü və dostları ilə abidə ətrafında təmizlik işləri görüb, amma orda abadlıq aparmaq onun imkanı xaricindədir. Bununla bağlı QUBADLI RAYONU icra hakimiyyətinin başçısı Malik İsaqova, Qubadlı sakinlərini Milli Məclisdə təmsil edən İmamverdi İsmayılova müraciət edib.
İmamverdi İsmayılov da iki yüz manat göndərib ki, gücüm buna çatır. Təsəvvür edirsiz? 200 manat.
O pul yoldaş deputatın 3 günlük benzin puludur. Milli Qəhrəmana layiq gördüyü qiymətə bax. Söhbət puldan getmir. Bir dəfə nə zaman Milli Məclisdə səsini çıxarıb, camaatın dərdindən danışıb. İldönümlərində boğazdan yuxarı "Əliyar Əlyev bizim fəxrimizdir" deməklə iş bitmir. Siz Əliyar qədri bilsəydiniz, onun oğlu zülm çəkməzdi, abidəsi o gündə olmazdı.
Qəhrəmanın ailəsi heç nə istəmir. Sumqayıtda küçələrdən birinə Əliyar Əliyevin adının verilməsini, Qubadlı camaatının kompakt yaşadığı ərazidə abidəsinin ucaldılmasını istəyir. Çoxmu şey istəyirlər?
Nə qədər ki, dövləti Malik İsaqov kimi icra başçıları, xalqı İmamverdi İsmayılov kimi deputatlar təmsil edəcək, qəhrəmanlıq barədə ancaq boğazdan yuxarı danışılacaq, heç kim qəhrəmanlıq etmək istəməyəcək. Ki həqiqi qəhrəmanlara münasibət ortadadır.
Son olaraq, onu da qeyd edim ki, Milli Qəhrəmanın oğlu Emin Əliyevlə çox sayda yüksək çinli məmur, deputat görüşüb, hamısı da "Sən bizim qardaşımızsan, qəhrəmanımızın yadigarısan, hər zaman arxandayıq" deyiblər. Adlarını çəkməyi özü imkan vermir. Yoxsa hamısı bir-bir ifşa eləmək olar. Nə isə...
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb