Abel Məhərrəmov tələbələri üçün velosiped dayanacağı tikdirəcək

img

05-11-2013 [16:01]


BDU-da velosiped dayanacağı tikiləcək. Bu barədə Hafta.az-a açıqlama verən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov layihəni hazırlamaqda əsas məqsədin tələbələrin rahatlığını təmin etmək və ətraf mühiti qorumaq olduğunu deyib: "Velosiped dayanacağı ilə bağlı təklifi tələbələrdən aldıq. Bu təklifi çox bəyəndiyimiz üçün layihə formasında hazırlayaraq universitet rəhbərliyinə təqdim etdik. Universitet rəhbərliyi layihəni çox bəyəndi və həyata keçirilməsi üçün razılıq verdi”.

Velosiped dayanacağının universitetin həyətinin harasında tikiləcəyinə gəlincə, Daşqın Qəmbərov deyib: "Dayanacaq hər kəsin görə biləcəyi, umumi piyada gediş-gəlişinə mane olmayan yerdə, göz önündə tikiləcək. Təbii ki, bu yolla biz ətraf mühiti də qorumuş olacağıq. Layihənin icrasına yaxın günlərdə başlanacaq. Düşünürəm ki, BDU-nun bu layihəsi digər universitetlər üçün təkan olacaq.”

Qeyd edək ki, komitə sədri universitet daxilində siqaret çəkilməsinin ləğv olunması ilə bağlı da layihə hazırlayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA