Azərbaycanda mal-qara sığortalanacaq - Proses necə aparılacaq?
05-09-2020 [13:55]
Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması nəzərdə tutulur.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun (ASF) açıqlamasında bildirilir.
Qurum bu sığorta ilə bağlı detalları fermerlərin və kənd təsərrüfatı heyvanları sahiblərinin diqqətinə çatdırıb.
Aqrar sığorta ilə hansı heyvanlar sığortalanacaq?
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ilk olaraq 1-7 yaşlı südlük inək və camışlar sığortalanaъаг.
Başqa sözlə, yaşı 1-7 il arasında südlük inək və camışlara sahib olan fermer və təsərrüfatlar aqrar sığorta vasitəsilə bu heyvanları sığortalaya biləcəklər. Sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək.
Aqrar sığorta heyvanları hansı risklərdən sığortalayır?
Heyvanların sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsaəsən, aqrar sığorta heyvanları aşağıdakı risklərdən sığortalayacaq:
- Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarda təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;
- ilan və ya həşərat sancması;
- zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
- təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
- yanğın;
- vəhşi heyvanların hücumu;
- üçüncü şəxslərin hərəkətləri.
Bundan başqa, heyvan sahiblərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə, heyvanları nəzərdə tutulmuş risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq.
Hansı hallarda kənd təsərrüfatı heyvanları sığortalanacaq?
Kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün heyvan sahibləri bir sıra tələblərə əməl etməlidirlər. Tələblər heyvanların saxlanılması və onlara qulluq, eləcə də onların identifikasiyası məsələlərini əhatə edir.
Belə ki, birincisi, heyvan qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olmalıdır.
İkincisi, heyvana qulluq və onun qidalanması Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları"na uyğun olmalıdır.
Üçüncüsü, sığortalanacaq kənd təsərrüfatı heyvanı peyvəndlənməli və birkalanmış olmalıdır.
Dördüncüsü, heyvan barədə məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməlidir.
Sığorta müqaviləsi necə bağlanacaq?
Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı heyvanlarını sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinin ofislərinə müraciət etməlidirlər. Bunlar "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta", və "Bakı Sığorta" ASC-lərdir.
Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma – "Aqrar Sığorta Müştərək Sığorta Şirkət" ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni sığortalanacaq heyvanlara və onların saxlanması şəraitinə baxış keçirilir.
Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
Sığorta haqqı necə ödənilir?
Azərbaycanda tətbiq ediləcək aqrar sığorta mexanizmi üzrə sığorta tarifləri üzərində işlər hazırda tamamlama mərhələsindədir və dəqiqləşdikdən sonra sonra ictimaiyyətə açıqlanacaq. Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər.
"Aqrar Sığorta haqqında" qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödənilə bilər.
Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25%-ni təşkil edir.
Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?
Aqrar sığorta ilə sığortalanmış kənd təsərrüfatı heyvanı sığorta hadisəsi nəticəsində tələf olarsa, heyvanın sahibi 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi