Onlar Asiyanın ən zəngin biznesmenləridir - SİYAHI
03-09-2020 [14:22]
“Business Insider” nəşri Asiyanın ən zəngin biznesmenlərinin reytinqini dərc edib.
“APA-Economics” xəbər verir ki, siyahıya Hindistanın ən zəngin iş adamı Mukeş Amban liderlik edir. Enerji sahəsində fəaliyyət göstərən 63 yaşlı M. Ambanın sərvətinin 81,5 mlrd. dollar olduğu bildirilir. O, atasından miras qalan “Reliance Industries Limited” neft-qaz şirkətinin sədridir. Şirkətin səhmlərinin 42%-i Ambana məxsusdur. Biznesmen eyni zamanda 400 mln. dollar dəyərində kriket komandasına sahibdir.
Qitənin ən zəngin ikinci adamı Çinin ən zəngin biznesmeni olan 55 yaşlı Cek Madır. Ölkəsinin ən böyük elektron ticarət şirkəti olan “Alibaba”nın qurucusu Manın sərvəti 58,7 mlrd. dollar təşkil edir.
Nəşrin məlumatına görə, Asiyanın ən zəngin üçüncü adamı çinli Poni Ma Huatendir. 48 yaşlı milyarderin texnologiya sahəsində fəaliyyət göstərdiyi və sərvətinin 54,2 mlrd. dollar təşkil etdiyi bildirilir.
Siyahıda dördüncü yerə çinli texnokrat Kolin Huanq Jenq layiq görülüb. 40 yaşlı biznesmenin sərvəti 31,2 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Jenq Çinin ən böyük elektron ticarət şirkətlərindən olan “Pinduoduo”nun qurucusudur. Hazırda 628 milyondan çox istifadəçisi olan platformanın ötən il 4,2 mlrd. dolar gəlir gətirib.
Asiyanın ən zəngin beşinci adamı 49 yaşlı çinli Villiam Dinq Leidir. Texnologiya sahəsində fəaliyyət göstərən iş adamının sərvəti 30,2 mlrd. dollardır.
Reytinqin altıncı pilləsində yaponiyalı biznesmen Tadaşi Yanai yer alıb. Pərakəndə satış sahəsi ilə məşğul olan Yanainin sərvəti 30,1 mlrd. dollar təşkil edir. Onun rəhbərlik etdiyi şirkətin 1 000-dən çox mağazası olduğu bildirilir. T. Yanai eyni zamanda Yaponiyanın ən zəngin iş adamıdır.
Asiyanın ən zəngin yeddinci iş adamı isə Honkonqdan olan biznesmen Li Ka-şinqdir. 92 yaşlı milyarder daşınmaz əmlak sahəsində fəaliyyət göstərir. 28,9 mlrd. dollara sahib olan biznesmen Honkonqun ən zəngin insanıdır. Onun şirkətlərinə 2018-ci ildən etibarən oğlu rəhbərlik edir.
Siyahıda səkkizinci yerə Asiyanın ən zəngin qadını sayılan 38 yaşlı Yanq Huiyan layiq görülüb. Onun sərvəti 28,6 mlrd. dollar səviyyəsində qiymətləndirilir. Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən Huiyanın şirkəti Çində hotellərin tikintisi və idarə olunması ilə məşğuldur.
Reytinqin doqquzuncu və onuncu yerlərini çinli bizensmenlər Hui Ka Yan və He Xianqjian bölüşür. Yianın sərvətinin 28,4 mlrd. dollar, Xianqjianın isə 27,6 mlrd. dollar təşkil etdiyi bildirilir. He Xianqjian “Midea Group”un təsisçisidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi