Bakıda neftlə bağlı beynəlxaq konfrans başladı

img

04-11-2013 [10:22]


Bakıda "Neft sənayəsində ətraf mühit məsələrinə dünyəvi baxış” mövzusunda beynəlxaq konfrans öz işinə başlayıb. Konfransda müxtəlif ölkələrin hökümət təşkilatları, dünya üzrə neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyəti iştirak edir.

Açılış sessiyasında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, "BP” şirkətinin Vitse-prezidenti Stiv Flinn, eləcədə Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü Lord Mondelson iştirak edir.

Konfransın keçirilməsində əsas məqsəd, regionun dəvamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətinin kompleks təhlilini vermək, təbii ətraf mühitin müxtəlif komponentlərinin tətqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyibhazırlamaq və yaxın onillik üçün ətraf mühitin inkişaf dinamikasına dair proqnozlar verməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA