DSMF «Aztelekom»la pul davasına çıxıb - Məhkəmə

img

04-11-2013 [10:09]


Noyabr ayının 5- Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi ilə pul davası üzrə məhkəmə prosesi davam etdiriləcək.

 Mia.az-a daxil olan məlumata görə, tərəflər arasında mübahisə sözügedən məhkəmədə hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılır: «Dövlət Sosial Müdafiə Fondu (DSMF), daha dəqiqi, bu qurumun tabeliyində olan İri Sığortaedənlərlə İş üzrə Departamenti "Aztelekom” İstehsalat Birliyini məhkəməyə verərək, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsini tələb edir. İşə əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin həmin məhkəmənin qətnaməsi mübahisənin yuxarı məhkəmə instansiyasına çıxarılmasına zəmin yaradıb».

 Məlumatda borcun məbləğinin ciddi mübahisə yaratdığı da deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA