03-11-2013 [19:58]
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları növbəti 5 il ərzində də vergilərdən azad ediləcəklər. Bu, Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanuna dəyişikliklər müzakirə edilərkən bəlli olub.
Layihəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü ilin yanvar ayının 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hü-quqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Mia.az xəbər verir ki, iqtisadçı-alim, sabiq deputat Nazim Məmmədovun "Reytinq"ə açıqlamasına görə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar (torpaq və əmlak vergisi istisna olmaq) növbəti beş il ərzində yenidən vergidən azad edilsə də, bu sahədə hələ də problemlər qalmaqdadır:
"Biz bunun effektini bazarlarda, marketlərdə hiss etmirik. Əslində, biz bunu hiss etməliydik və milli istehsalçılarımız ərzaq təhlükəsizliyimizi təmin etməliydilər. Çox təəssüf ki, Azərbaycanda idxaldan aslılıq yenə də davam edir. Bunun da köklü səbəbləri var. Bölgələrdə işsizliyin səviyyəsi, bölgədən olan iqtisadi miqrasiya... Təkcə Bakı ətrafında 450 min icazəsiz ev tikilib və onların da böyük əksəriyyəti bölgələrdən gələnlərdir. Bölgədən olan əhali həm kommunal xidmətin aşağı səviyyəsindən, əksər kəndlərə təbii qazın verilməməsindən, həm də yol infrastrukturunun bərbad olmasından və digər iqtisadi-sosial səbəblərdən ölkə daxilində miqrasiyaya məruz qalıblar. Ənənəvi olaraq, öz pay torpaqlarından istifadə etmirlər, kənd təsərrüfatı ilə məşğul olmurlar. Bu da kənd təsərrüfatı məhsullarının istehsalının azalmasına səbəb olur".
Ekspertin sözlərinə görə, vergi güzəştləri ilə yanaşı, digər kompleks addımlar da atılmalıdır. N.Məmmədov bildirib ki, hər şeydən öncə ərzaq məhsulları ilə təminatda idxaldan asılılığı aradan qaldırmaq lazımdır: "Biz bəzi məhsullar üzrə 80 faiz, bəziləri üzrə 60 faiz idxaldan asılıyıq. Bunu Statistika Komitəsi ilə Gömrük Komitəsinin hesabatlarındakı rəqəmlərdə də müşahidə etmişik".
N.Məmmədovun fikrincə, dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyaların verilməsində də ciddi problemlər var: "Təkcə "Aqrolizinq" xətti ilə ayrılan vəsaitin həcmi bir milyarddan yuxarıdır. Yəni, kənd təsərrüfatı sektoruna təkcə vergi güzəştləri edilmir. Həmçinin, gübrələrin qiymətinin yarıya qədər dövlət büdcəsi tərəfindən qarşılanması, yanacaq və sürtkü yağlarının xərcinin yarısının büdcədən ödənilməsini də qeyd etmək lazımdır. Kənd Təsərrüfatı Agentliyi tərəfindən verilən güzəştli kreditlər, bununla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə verilən vəsaitlər də kənd təsərrüfatına edilən güzəştlərdir. Amma görünən odur ki, bütün bu tədbirlər nəticə vermir.
Kənd Təsərrüfatı Sovetlər Birliyindən qalmış ənənə ilə idarə olunur, hələ də toxumçuluq və damazlıq təsərrüfatları adı altında keçmiş sovxozlar saxlanılır, nazirlik dövlət siyasəti müəyyən etmək əvəzinə, müxtəlif strukturlar yaradaraq dövlət büdcəsindən ayrılan vəsaitləri "bölüşdürmək"lə məşğuldur, fermerlərə verilən güzəştlərdə ünvanlılıq təmin olunmur.
Əslində, yerlərdə torpaqların həcmini şişirtməklə subsidiyaları mənimsəmək faktları da var. Bunların qarşısını almaq üçün şəffaflıq artırılmalı, subsidiyalar əkin sahələrinə görə deyil, istehsal olunmuş məhsullara görə verilməlidir. Ölkədə istehsal olunan və idxal edilən taxılın miqdarını müqayisə etmək kifayətdir ki, mənimsəmənin həcmi məlum olsun.
Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, il ərzində 2 mln 800 min ton taxıl istehsal olunub. Əgər həqiqətən belə olsaydı, onda biz həm çörək məhsulları, həm də ət, süd, yağ, quş əti və s. məhsullarla özümüzü təmin etmiş olardıq. Ölkədə taxıl istehsalı həqiqətən bu qədərdisə, onda niyə ildə 1 mln 400 min ton ərzaq buğdası idxal edirik?".
N.Məmmədov onu da vurğulayıb ki, inhisarçılığın aradan qaldırılması, bazarlara çıxışın asanlaşdırılması, girovsuz kreditlərin verilməsi, ünvanlı olaraq yardımın göstərilməsi yolu seçilməlidir. Yardımlar elə təşkil olunmalıdır ki, rayon icra hakimiyyətlərində və digər dövlət qurumlarında mənimsəmə imkanları məhdud olsun. Ekspert hesab edir ki, inhisarçılıq aradan qaldırılmasa, Azərbaycan iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatı sahəsində köklü dəyişikliklərə nail olmaq mümkün deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi