Nazirlikdən sahibkarlara müraciət - Kreditlərlə bağlı
28-08-2020 [16:06]
Pandemiyanın sahibkarlıq fəaliyyətinə mənfi təsirlərinin aradan qaldırılmasına istiqamətlənmış kompleks tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir.
İqtisadiyyat Nazirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir:
"Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmə mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub. Bunun 50 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək.
Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası əldə etmək üçün kredit aldıqları təşkilata müraciət edə bilərlər. Sahibkarlıq subyektləri sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri, o cümlədən dövlət zəmanətli kreditlərin verilməsi və faizlərin subsidiyalaşdırılması barədə ətraflı məlumatı Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsindən (www.edf.gov.az) və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə zəng etməklə (telefon: +994 12 310 23 00) əldə edə bilərlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi