Türkiyənin Qara dənizdə kəşf etdiyi yeni qaz yatağının dəyəri açıqlandı
24-08-2020 [22:23]
Türkiyənin Qara dənizdə bu günlərdə kəşf edilmiş təbii qaz yatağının potensial iqtisadi dəyəri bugünkü qiymətlərlə 80 milyard ABŞ dolları səviyyəsindədir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) rəhbəri Fatih Birol bildirib.
O, həmin yataqda kəşf edilən 320 milyard kubmetr həcmində qazın hasilatına başlamaq üçün 6 milyard ABŞ dolları sərmayə yatırmağın zəruriliyini, nəticədə illik 10-15 milyard kubmetr hasilat səviyyəsinin əldə edilə biləcəyini dilə gətirib: “Bu da Türkiyənin təbii qaz istehlakının üçdə birini təmin edən rəqəmdir”.
Yeni Sakarya Qaz Sahəsinin nəhəng yataqlar qrupuna aid olduğunu qeyd edən F.Birol bu kəşfin 2010-cu ildə Norveç tərəfindən Şimal dənizində aşkar olunan qaz yataqlarının cəmi qədər əhəmiyyətə malik olduğunu bildirib: “Türkiyənin 2023-cü ildə hasilata başlamaq hədəfi olduqca iddialı olsa da, imkansız deyil. Bənzər yataqlara baxanda 2-3 il ərzində bitirildiyini deyə bilərik. Lakin Türkiyənin buradakı öncül məqsədlərini dəqiq müəyyənləşdirməsi, bürokratik prosedurları mümkün qədər tezləşdirərək iqtisadi məsələləri rəhbər tutması təqdirində 3 il ərzində hasilata başlamaq mümkündür”.
Bu il dünya boyu neft və qaz sərmayələrinin ötən ilə nisbətən 50 faizədək azalmasını gözlədiklərini qeyd edən ekspertin fikrincə, bu baxımdan Türkiyənin yeni yatağın istismarına başlaması üçün son dərəcə əlverişli məqam olduğunu, yəni həm öz gücü ilə, həm də əcnəbi şirkətlərlə sərfəli şərtlərlə anlaşaraq bu işi görə biləcəklərini diqqətə çatdırıb.
Bununla yanaşı, İEA rəhbəri açıq dənizdə neft və qaz hasilatının gələcəkdə dəniz səthində külək enerjisinin tətbiq edilməsi üçün də təməl rolunu oynayacağını vurğulayıb: “Danimarka və Norveç açıq dəniz qaz texnologiyaları ilə bu işə başlamışdılar və indi də dəniz səthi enerjisi sahəsində dünyanın öndə gedən ölkələridirlər"/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi