Moskvada daha bir bazar bağlandı - 200 azərbaycanlı işsiz qaldı

img

30-10-2013 [14:29]


Dünən Moskvada azərbaycanlıların çalışdığı daha bir bazar bağlanıb. Butova bazarında işləyən azərbaycanlılar Orxan Zeynalov tək Şerbakovu öldürmədi, o bizim hamımızı öldürdü' deyə hadisəyə münasibət bildiriblər.


Modern.az-ın məlumatına görə, adı çəkilən bazarın bağlanması nəticəsində 200-ə yaxın azərbaycanlı işsiz qalıb. Ticarət obyektinin bağlanma səbəbini bazarın yerində yeni ticarət mərkəzinin tikiləcəyilə izah ediblər.
Bazarda işləyən azərbaycanlılar isə bunainanmadıqlarını deyiblər.

Butova bazarı bağlanandan sonra işsiz qalan Namaz Qədirov Modern.az-a deyib ki, bu, artıq 4-cü ticarət obyektidir ki, əsassız səbəb göstərilərək qapoadılır və sonucu da bəllidi – yüzlərlə azərbaycanlı işsiz qalır.
'Heç olmasa bizi aldatmasınlar, bilək ki, əlimizdəki mallarla neyləyək”.

Hazırda bazarda işləyən həmyerlilərimiz satıqları malları ticarət obyektindən daşımaqla məşğuldular...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA