ƏƏSMN: "23,6 milyon manat həcmində artıq ödəmə aşkarlanıb"
04-08-2020 [17:13]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) gəlir hissəsində transfertin məbləği Fondun maliyyə qənaəti kimi əldə edilmiş 238 mln. manat azaldılacaq.
Nazirlikdən Mia.az-a bildirilib ki, bununla bağlı olaraq DSMF-nin cari ilin əvvəlinə ehtiyat yastığı olan 197,2 mln. manat vəsait ilk dəfə olaraq Fondun gəliri qismində nəzərə alınacaq, Fondun xərclərindən isə 40,8 mln. manat azaldılacaq. Bu, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsində əksini tapır.
Son illər DSMF xərclərinin optimallaşdırılması, əsassız pensiya işlərinin dayandırılması və qeyri-qanuni maliyyə yükünün aradan qaldırılması, vəsaitlərin ödənişinə nəzarətin gücləndirilməsi və digər islahat tədbirləri Fondun xərclərində ciddi maliyyə qənaətləri formalaşdırıb.
Qeyd edilən 238 mln. manat da 2018-2019-cu illər və 2020-ci ilin 6 ayı ərzində (indeksasiya göstəricisi nəzərə alınmaqla) əsassız vəsait ödənişlərinin qarşısının alınması nəticəsində əldə olunmuş maliyyə qənaətidir.
Bununla bərabər, nəzarət-yoxlama tədbirləri nəticəsində həmin dövrdə müavinət xərclərində 23,6 mln. manat həcmində artıq (əsassız) ödəmə aşkar edilərək dayandırılıb. Həmçinin 2018-ci ildə 1055, 2019-cu ildə 2656, 2020-ci ilin birinci yarımilliyində 2603 saxta əlillik işinin aşkar edilərək ləğv edilməsi nəticəsində aylıq 2,4 mln. manat, illik 29 mln. manat təşkil edən əsassız ödənişin qarşısı alınıb. Aktuar hesablamalara əsasən müəyyən edilib ki, həmin saxta işlər üzrə ödənişlərin davam etdirilməsi Fondun büdcəsindən 735 mln. manat həcmində əsassız ödənişin həyata keçirilməsinə səbəb ola bilərdi.
Qeyd edilənlər sosial ödənişlərin artımı (bu ilin 6 ayında pensiyaların maliyyələşdirilməsi üçün 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09% çox vəsait sərf edilib) şəraitində Fondun transfert (büdcədən vəsaitin köçürülməsi) asılılığının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir.
Qanun layihəsində həmçinin aparılmış nəzarət-yoxlama tədbirləri nəticəsində nominal pensiya xərclərinin azalması ilə bağlı olaraq, Fondun illik pensiya xərclərinin 26,8 mln. manata yaxın azaldılması və s. təkliflər yer alıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi