Rusiya Türkiyəyə qaz ixrac edən ölkələr sırasında üçüncü pilləyə geriləyib
30-07-2020 [14:11]
Rusiya Türkiyəyə qaz ixrac edən ölkələr sırasında üçüncü pilləyə geriləyib.
Bu barədə Türkiyənin enerji tənzimləyicisi EPDK-nın hesabatında bildirilib.
Qeyd olunub ki, Rusiya may ayında Türkiyəyə qaz ixracını illik göstəricidə 62 faiz azaldaraq, indiyə kimi tutduğu ikinci pilləni Qətərə verib.
Türkiyə may ayında qaz idxalını illik göstəricidə 2,667 mlrd. kubmetrə qədər 0,51 faiz azaldıb. Bu həcmin 1,221 mlrd. kubmetri qaz kəmərlərindən, 1,445 mlrd. kubmetri isə slans qazı, yəni sıxılmış qaz olub. Bununla yanaşı, Türkiyəyə qaz kəmərləri vasitəsi ilə idxal olunan qazın həcmi də 45 faiz azalıb, sıxılmış qazın idxalı isə əksinə, 2019-cu ilin may ayının göstəricisi ilə müqayisədə 3 dəfə artıb.
Aylıq göstəricidə Türkiyənin qaz idxalı 1,3 faiz artıb. Rusiyadan Türkiyəyə qaz ixracı may ayında illik göstəricidə 62 faiz azalaraq 340 milyon kub metr təşkil edib. Aylıq göstəricidə isə bu azalma 38 faiz olub. Türkiyənin Qətərdən qaz idxalı isə illik göstəricidə 4 dəfə, aylıq göstəricidə isə 2 dəfə artıb. Bununla da Qətər Türkiyəyə qaz tədarükündə Rusiyanı qabaqlayaraq ikinci pilləyə yüksəlib.
Türkiyənin qaz tədarükündə siyahıda ilk pillədə qərarlaşan Azərbaycan isə öz mövqeyini qoruyub saxlaya bilib. Azərbaycan ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 14,5 faiz çox və ya 882 milyon kubmetr qaz ixrac edib. Türkiyənin qaz bazarında Rusiyanın payı may ayında 12,74 faizə qədər azalıb. Aprel ayında bu göstərici 17,86 faiz olub. Azərbaycanın bu bazarda payı 33 faiz, Qətərin isə 19,5 faiz olub/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi