ŞƏHİD GENERALIMIZ POLAD HƏŞİMOV TOXUNULMAZ MİLLİ ABİDƏMİZDİR
22-07-2020 [13:35]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Bu gün gündəmin əsas mövzusu şəhid general Polad Həşimovdur. Hər gün nə qədər informasiyalar gündəmi əhatə etsə də, Polad Həşimov və onun ətrafında gedən söhbətlər gündəmdə qalmaqda davam edir.
General Polad Həşimovun məhz general olması ona diqqətin həddindən artıq çox olmasına səbəb olur. Az qala onunla birlikdə şəhid olanlar haqqında müzakirə, mübahisə və fəxarət duyğusu artıq səngiməkdədir. Təbiidir ki, milli mücadilə aparmalı toplum üçün bu o qədər yaxşı hal deyilsə də, müşahidələr bunu aşkar şəkildə göstərir. Sanki şəhidləri dəfn etməklə borcunu bitmiş hesab edən kütlə nə qədər böyük yanlışa düşdüyünü təsəvvür belə etmir. Ancaq unutmağa başladıqca vətənimizin yeni ərazilərinin işğal edilməsi ehtimalı, hətta gerçəkliyi zərurətə çevrilir. Bu gün sosial şəbəkələr və media qurumları arasında iki əsas məsələ müzakirə mövzusu olmaqda davam edir. Birincisi, səfərbərlik üçün qeydiyyatdan keçmək, ikincisi isə Polad Həşimovun generallığı və şəhidliyi. Polad Həşimovun şəxsi keyfiyyətlərinin son dərəcə yüksək olması, şəhid ailəsinə öz evini bağışlayıb kirayədə qalması, ona verilən avtomobili özü üçün istifadə etməyib əsgərləri üçün maddi vəsaitə çevirməsi, hərbi hissəni hətta kredit yolu ilə təmir etdirməsi və s. bu kimi yaşantı tərzi onu gündəmdən düşməyə qoymur və ümid edirik ki, uzun müddət bu bir milli proses şəkilində davam edəcəkdir. Təbiidir ki, bunun ən mühüm səbəbi xalqın mənəvi ehtiyacıdır. Uzun illər yüksək mövqe tutan insanların dövlətin və millətin sərvətlərini özününküləşdirməsi, özündən aşağı səviyyədə mövqe tutan insanlara yuxarıdan aşağı baxması, tutduğu mövqeyi yalnız öz mənfəətinin vasitəsinə çevirməsi bu ehtiyacı meydana gətirmişdir. Demək şüur altında, yaddaş arxasında milli-psixoloji istəklər özünə yer tapmış,
canlanıb üzə çıxması üçün müəyyən bir stuasiyanın reallaşmasına bəhanə gözləmişdir. Bu Polad Həşimov şəxsiyyətində bu gün meydana gəldi. Bundan əvvəl isə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov şəxsiyyətində reallaşmışdı. Əlbəttə bu təbiidir. Nə qədər ki, millət vardır, onun açıq və gizli istəkləri, hətta özünə bəlli olmayan duyğuları mövcud olacaq. Bu hər bir millətin ideoloji baxış tərzindən daha çox psixi-instiktiv reaksiyalarının basdırılmış özəllikləridir. Zaman yetişən kimi millət yenidən ayağa qalxır, öz coşqusu ilə, hətta özünü fəda etməkdən belə çəkinmir və nəhayətdə öz ideyasına qovuşur, ideal məqsədinə çatır. Yadınıza salın ki, 2016-cı ildə qalxan dalğanı istisna etməklə artıq belə bir rəy formalaşırdı ki, “Biz millət deyilik”, “Biz heç zaman öz haqqımızı almağı bacarmırıq”, “Bu vəziyyət ömür boyu davam edəcək” və s. Lakin bu gün 2016-cı ilin aprelindən də dəfələrlə yüksək səviyyədə milli oyanış özünü göstərdi. Təbiidir ki, bunun əsasında siyasi-ictimai və sosial amil olmaqla bərabər, eyni zamanda general Polad Həşimov reallığı da mühüm amil təşkil edir. Biz hər zaman qeyd etmişik ki, Babək, I Şah İsmayıl və s. tarixi şəxsiyyətlər ətrafında ağır mübahisələr açmaqdansa, bu günün qəhrəmanlarını ideologiyaya çevirmək, bayraq etmək lazımdır. Əlbəttə tarixi şəxsiyyətlərimizə diqqət yetirmək önəmlidir. Ancaq öz torpağını, vətənini və milli dövlətini qoruyacaq qüvvələrə onların bənzəmək istədikləri qəhrəman vermək lazımdır. Təsəvvür edin ki, bir Mübariz İbrahimov millət uğrunda canından keçəcək böyük bir nəsil formalaşdırdı. Ramil Səfərov da bu örnəklərdən biri idi. Onlardan daha əvvəl I Qarabağ savaşında nə qədər qəhrəman oğullarımız vardır ki, adlarını saymaqla bitməz. Biz Qarabağı erməniyə deyil, onun arxasında dayanan Rusiyaya uduzduq. Bizim məğlub olduğumuzu iddia edənlər unutmasınlar ki, əlindən silahları yığışdırılmış, qarşı tərəfə isə silah verilmiş bir dövrdə biz 4 il döyüşdük. Biz dünyanın ən nəhəng dövlətlərinin bu gün də ehtiyat etdiyi Rusiya ilə döyüşdük. Bunu elə Xocalıda 366-cı motoalayının iştirak etməsi təsdiq edir. Artıq SSRİ tərkibində olan dövlət deyilik. Artıq yanımızda Türkiyə kimi qüvvətli bir dövlət də var. Biz bu gün Polad Həşimovu MÜBARİZLƏRdən biri kimi ideologiyaya çevirməli, baş üstündə tutmalı, ona bayraq kimi baxmalı və savaş qanunlarına
uyğun olaraq onun haqqında deyiləcək hər hansı mənfi cümləni vətənə xəyanətə bərabər tutmalıyıq. General haqqında filmlər çəkilməli, əsərlər yazılmalı və öz savaşımızın doktrinası bu kimi böyük və qorxmaz şəxsiyyətlərimiz üzərində qurulmalıdır. Bunun üçün ilk olaraq onun üzərindən öz reklamlarını qurmağa çalışan simasızları da ifşa etməyi bir millət və dövlət olaraq bacarmalıyıq. Bunun üçün mövcud iqtidar da zəruri addımlar atmalıdır. Əgər bunun əksi olacaqsa, sabah yerdə nə millət qalacaq, nə də dövlət. Heç nəyi olmayan bir yerdə isə heç kim nə iqtidar ola bilməyəcək, nə də müxalifət. Unutmaq lazım deyil ki, bizim qarşımızda olan xalq çox mənfur xalqdır. Dünyanın bütün böyük şəxsiyyətləri ermənilərin nə qədər rəzil olduğunu qələmə almış, dilə gətirmişdir. Buna görə də bu gün Polad Həşimov və onun kimi yüzlərlə qəhrəmanı bayrağa çevirib şou səviyyəsizliklərinə nəhayət son qoyulmalı, milli-vətənpərvərlik mövzusunda olan təbliğat və təşviqat işləri də fikrimizcə, qüvvətlənməlidir.
Həyatda təsadüf yoxdur. Bütün təsadüflər baş verməli hadisələrin və situasiyaların görünən üzüdür. Polad Həşimov da istisna deyil. Təsəvvür edin ki, Mübariz İbrahimov adı məhz mübarizliyi, mücadilə və mübarizəni ifadə etdi. Polad adı da millətin polad mətanətini, savaş hünərini və polad kimi möhkəm olduğunu ifadə etdi. Bu baxımdan şəhidlərimizin haqq yolunun yolçusu olduğu, Haqq məqamında yer aldığı işarə səviyyəsində də bizə aydın olur. Arifə bir İşarə də bəs edər. Elə bu kontekstdə də bir məsələyə də toxunmaq yerinə düşər. Bəzi hürufatçıların milli şəhidlərin şəhid olmamasına yönəli iddialarına da aydınlıq gətirmək lazımdır. Birincisi Uca Allah öz Bəyanı olan mübarək Qurani-Kərimdə əksər hallarda şəhid demir, Allah yolunda ölənlər deyir. Təbiidir ki, Şəhid Uca Allahdır. Yəni Haqq yolunda savaşanlara şahid, hər yerdə hazır olandır. Bunu bilmək üçün Əsmai-Hüsna (Uca Allahın Gözəl İsmləri)nı oxumaq kifayətdir. Ancaq onu da bilmək lazımdır ki, dilçiliyin spesifikasına uyğun olaraq şəhid adı da sözün funksionallaşmasından irəli gəlib bu mənanı ifadə edir. Bunu elə orijinal Quranda da görürük. Nisa surəsinin 69-cu ayətində Uca Allah Allah yolunda savaşanlara da “şühəda”, yəni şəhidlər deyir. Burada artıq sözün bu şəkildə şəkillənməsini də görə bilirik. Millət üçün savaşmaq isə Haqq savaşıdır. Çünki
millət Namusdur. Namusun üçün döyüşməsən namusunu əlindən alarlar. Topluma təcavüz edənlərə qarşı savaşmaq haqlı savaşdır. Yəni Haqla olan savaşdır. Uca Allahın bəxş etdiyi nemətlərə göz dikib insanların namus və ləyaqətini tapdalamağa qarşı döyüşmək elə Uca Yaradanın Haqq nizamını bərpa etməkdir. Buna görə də bu yolda dünyadan köçənlər Allah yolunda ölənlərdir. Əksi olduqda səni işğal edənlər sənə öz inancını da gətirəcək, sənin tanıdığın Allahını da, peyğəmbərini də inkar etməyə səni məcbur edəcəkdir. Biz sovet dönəmində bunu gördük. Materialist-ateist nəzəri görüşlər irəli sürərək Allahı inkar etdilər və etdirdilər, allahsızlıq cəmiyyəti qurub bir çox insanı zorakı yollarla bu cəmiyyətə üzv də yazdılar, sovet rəhbərini XX əsrin peyğəmbəri elan etdilər. Bu istiqamətdə isə yüz minləri qətlə yetirdilər. Demək millətimizi qorumaq inancımızı qorumaq və Allah yolunda savaş açmaqdır.
Biz bu yerdə bir məsələyə də toxunmadan keçə bilmərik. Əlbəttə bu da general və şəhid anlayışlarını şərh etmək məcburiyyəti ortaya qoyur. Çünki bu gün bir çox insan bu qavramları bilmədiyi üçün yanlış fikirləri təbliğ edir. General bu dünyada tutulan bir mənsəbdir. Elmdə buna akademik deyirlər. Sənətdə buna xalq rəssamı, xalq şairi və s. deyirlər. Təhsilin orta səviyyəsində buna əməkdar müəllim deyirlər. Bir-birindən qismən fərqi olsa da, azlıq-çoxluq, keyfiyyət və kəmiyyət özünü göstərsə də, mahiyyətcə bu dünyada tutulan mövqedir. Dünyasını dəyişən insan heç bir rütbəni, heç bir titulu dünya malını aparmadığı kimi bu dünyadan aparmır. Böyük Hesabda heç kimdən bu mənsəblər soruşulmayacaq. Sadəcə bu mənsəblərlə əldə olunan xeyirxah və bədxah əməllər soruşulacaq. Şəhidlik isə həm bu dünya üçün, həm də axirət üçündür. Şəhidin hər biri şəhiddir. Bir-birindən fərqi daha böyük fədakarlığıdır. Şəhidin məqamı Uca Allahın qatındadır. Allahu Təala Qurani-Kərimin “Bəqərə” surəsində bildiyimiz kimi bunu bəyan etmişdir ( Allah yolunda ölənlərə ölü deməyin. Onlar diridirlər. Lakin siz bunu bilmirsiniz) (Bəqərə surəsi, 154-cü ayət).
Şəhid olmaq diri olmaqdır. Millətini Haqq yolunda müdafiə edib fəda olmaqdır. Uca Allah yolunda savaşmaqdır. General Polad Həşimov məhz bunu bildiyi üçün əsgərləri ilə əsgər idi. Yüksək davranışları inancının əsəri idi. İnananlar Uca
Allahın nizamını bir gün mütləq bərpa edəcəklər. Buna işğal olunmuş Azərbaycan torpaqları da aiddir. Uca Allah yenə də Qurani-Kərimdə buyurmuşdur ki, “İnnəd dinə indəlullahil isləm” (Allah qatında din islamdır) (Ali-İmran surəsi,19-cu ayət). Şəhid generalın yüksək mənəvi məziyyətləri, zəngin daxili aləmi və bu zənginliyi gerçəkləşdirə bilməsi onun bu təbiətindən, doğal fitrətindən irəli gəlmişdir. Biz ona ölü deyə bilmərik, o diridir, lakin biz bunu bilmirik. Bütün halda ideya diri olaraq qalır. Mən Polad Həşimov haqqında diqqət etdinizsə, kövrək duyğularla danışmadım. Onu yaxından tanıyıb, onunla ömrünün müəyyən günlərini bölüşən insanların kövrəkliyi təbiidir. Mən belə səmimi yazılardan biri kimi qiymətli dostumuz Vəfa İbrahimin yazısını oxumağı məsləhət bilərdim (“ General-mayor Polad Həşimovun əziz xatirəsinə” / Ria 24.az / 19 İyul, 2020). Bu yazıda da onu yaxından tanıyan gözəl insanların gözəl duyğularını oxumaq Vəfa xanımın qeyd etdiyi kimi “Onu Polad kimi tanımaq” da çox gərəklidir. Ancaq bu yazıda kövrəklikdən əlavə onun döyüş əzmi də öz əksini tapmışdır. Həm də Vəfa İbrahim kimi insanların adına uyğun vəfa borcu kövrək notlarla səslənməyə bilmir. Ancaq bəzi insanların şəhidi və yaxud ailəsini özünə borclu bilməsini anlamaq olmur. Ən azından bu qara piar sayıla bilər ki, bu kimi addımlar atmaq doğru deyil. Mənim tanıdığım Polad Həşimov isə artıq bayraqdır. Onu baş üstünə qaldırıb soyuq bir təmkinlə və qətiyyətlə düşmən üzərinə yerimək gərəklidir. Burada kövrək duyğulara yer ola bilməz. Bu baxımdan çox yaxından tanımasaq belə, ağlayıb-sızlamaqla özümüzü göstərmək, hətta ailəsini narahat etmək doğru deyildir. Məhz şəhidimizin bacısı buna sərt reaksiya ilə cavab verməklə bir daha şəhid mahiyyətini diqqətə çatdırmış, böyük davranış sərgiləmişdir. Əlbəttə, çox yaxın olmaq müəyyən həddi gözləməklə insana bir istisna tanıyır. İnsanlıq halını anlamaq lazımdır. Ancaq bu özünüreklama çevrilməməlidir. Hərb dəmir intizamdır. Döyüş soyuq məntiqdir. Savaşda qızğın ürək deyil, soyuq baş gərəklidir. Biz inanırıq ki, Polad kimi bərkiyən oğullarımız bir gün bütün torpaqlarımızın alınmasına, hətta Güney mirasımıza və Türküstan sevdamıza yenilməz əsgər olacaqdır.
Son olaraq onu da qeyd edək ki, istər Yunesko, istərsə də dövlətimizin qanunları əsasında maddi-mədəni sərvətlərin qorunması və toxunulmazlığı elan olunmuşdur. Konkret siyahı əsasında bu miras təsbit edilmişdir. Bu o deməkdir ki, əgər qanun əsas götürülərsə, hər hansı bir maddi və mənəvi abidələrimizə sayğısızlıq cinayət hesab olunur və konkret cəzası mövcuddur. Biz şəhid generalımız Polad Həşimovu da toxunulmaz milli abidəmiz hesab edirik.
Bu baxımdan onun təbliğ olunması və ideoloji bayrağa çevrilməsi vacib olduğu kimi, onun haqqında hər hansısa bir sayğısızlığa görə bundan sonra hüquqi məsuliyyət daşınması da dövlət qurumları tərəfindən cəmiyyətə təbliğ olunmalı və bu kimi şəxsiyyətlər haqqında parlementimizdə qanun hazırlanıb qəbul olunması məqsədə müvafiqdir. Çünki bayraq qorunmalıdır. Çünki bayraq toxunulmazdır. Ona uzananan əllər caynaqları ilə birlikdə kəsilib atılmalıdır. Bütün şəhidlərimizin şəhadəti mübarək, qazilərimizin qələbəsi gerçək olsun, İnşəllah!
Mia.az
İsrail Qəzzanı bombalayıb - Ölən və yaralananlar var
RUİSYA İRANLA YENİ SAZİŞ İMZALAMAĞA HAZIRLAŞIR: "Bizim birlkdə böyük planlarımız var”
Putin Forumda Trampın hədəsindən danışdı: "Qərb Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışıb, lakin..."
Talişka "Fənərbağça" ilə razılaşmadığını deyir: "Xəbər yalandır"
ABŞ Kosmik Qüvvələri Tokioda hərbi bazaya qoşun yerləşdirib
Paşinyan: “Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil" - "Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da..."
"Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir? – ŞOK ADLAR
Hüquq müdafiəçisi Rüfət Səfərovla bağlı qərar verildi - Yenilənib
“Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb - Sərnişinlər düşürülüblər
Gürcüstanda müxalif liderlərindən biri saxlanılıb
Rəsmi Ankara: "Biz Tel Rıfat və Mənbicdə terrorçu istəmirik"
Türkiyə Ordusu İraqda 9 terrorçu zərərsizləşdirib
Bakıda məktəbli bıçaqlanıb - Açıqlamalar (Yenilənib)
Qida təhlükəsizliyi ilə bağlı cərimələr artırılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
Bu QHT-ləri üç min manatadək məbləğdə cərimə gözləyir
Afət Telmanqızına Qarabağda vəzifə verilib
Ceyhun Bayramovla İran XİN başçısının görüşündə iki hal - TƏHLİL
BİR QRUP VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Prokurorluq detalları yaydı
Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifədən çıxarılıb
Orxan Məmmədov: "E-KOB Evi" yaradılır
“Onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar”
Şuşa şəhərinə daha 48 ailə köçürülüb (Yenilənib)
Azərbaycan çempionatı keçiriləcək
Ədliyyə Nazirliyində daha bir təyinat olub
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
Şura sədri Sahib Məmmədov intihar edib
Milli Məclisin plenar iclası ləğv olunub
Lionel Messi komanda yoldaşları ilə Bakıya gəlir - Bu tarixdə
CHP ilə MHP arasında gərginlik böyüyür - Özgür Özəl Baxçalının çıxışı yazılan vərəqi cırdı, qarşı tərəf "bu, əxlaqsızlıqdır" dedi
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Əli Əsədov yeni qərar imzalayıb
Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir - Çarpayılar su altında qalıb + VİDEO