Türkiyənin 7 kəskin həmləsi, yaxud dərin müqavimət planı...
21-07-2020 [20:39]
Bülənt Ərandaç
“Takvim”, Türkiyə, 20 iyul 2020-ci il
***
100 il ötdükdən sonra coğrafiyamız Anadoludakı mövcudluğumuzu da təhlükəyə salacaq şəkildə Şərqi Aralıq dənizində və daxildə “Dərin Amerika” və “Dərin Avropa”nın aparatları olan FETÖ və PKK terror təşkilatları vasitəsilə hücuma məruz qalırdı.
Daxildə və xaricdə edilən bütün səlib müdaxilələrinə qarşı Prezident Ərdoğan və türk dövlət ağlı müdhiş qarşı həmlələrlə mübarizə strategiyasını dövrəyə soxdu. Burada “Mavi Vətən” strategiyası çox önəmlidir. Türkiyənin gələcəyinin nəzərə alınaraq hazırlanan Aralıq dənizi strategiyası ipəkqurdu kimi işləyir. Prezident Ərdoğan və türk dövlət ağlı gələcəyi çox yaxşı oxuyaraq, müdhiş həmlələr edərək Aralıq dənizindəki güc balansını dəyişdirdi.
Belə ki, birincisi, 27 noyabr 2019-cu il tarixdə Türkiyə ilə Liviya arasında dənizdəki məsuliyyət zonaları haqqında imzalanan razılaşma Şərqi Aralıq dənizi geopolitikasını köklü şəkildə dəyişdirə biləcək bir həmlə olaraq gündəliyə gəldi. Yunanıstan, Misir, Cənubi Kipr Rum Administrasiyası (CKRA) və İsrailin Türkiyə əleyhinə inkişaf etdirmək istədikləri oyun planı pozuldu. Bu razılaşma Yunanıstanın Şərqi Aralıq dənizində yerləşən Girit (Krit), Kaşot, Kerpe, Rodos və Meis xəttini əsas alma, bu adaları Yunanıstanın ana torpaq parçasının bir hissəsi olduğunu iddia etmə planlarını da əskiyə çevirdi.
İkincisi, 26 iyun 2020-ci ildə Türkiyə Hərbi Dəniz Qüvvələri “Navtex” mesajı göndərib Girit adasının cənubunda 3 sahədə hərbi təlim keçiriləcəyini elan edərək, bu sahələrin təlim üçün qapadıldığını vurğuladı. Sahələrə kod adları verilərkən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) parolundan ilham alındı. 1-ci sahəyə “Təsirli”, 2-ci sahəyə “Çəkindirici”, 3-cü sahəyə isə “Hörmətli” adları verildi. Təlim sahəsi olaraq Girit adasının cənubu ilə Liviyanın açıq suları müəyyən olundu.
Üçüncüsü, Türkiyə-Liviya dəniz anlaşmasının imzalanması və Girit adasının açıq sularında 3 sahədə hərbi təlim keçiriləcəyinin elan edilməsilə İsrail, Yunanıstan və CKRA arasında imzalanan “EastMed” boru xətti layihəsini işləməz hala gətirdik.
Dördüncüsü, Girit adasının açıq sularında Türkiyənin dərin dəniz qatlarında karbihidrogen yataqları axtarışı davam edir.
Beşincisi, qardaş Liviyanın neftinə uzanan əllər qırılır.
Altıncısı, Türkiyənin Liviyada Vatiyyə hava və Misrata dəniz, Kiprdə Maqosa dəniz və Lefkoşa hava bazalarının açılmasına sayılı günlər qalır.
Yeddincisi, Yunanıstanın Giritdən Meisə qədər olan bölgədəki sahələrini tək bir sahil zolağı kimi qəbul edərək, apardığı məkrli işlə Türkiyə sahil sularının təqribən 41 min km2 olaraq hesablanan bir sahəyə “həbs edilməsi”ni nəzərdə tutan səlib planı əski parçasına çevrilmişdir.
Nəticə: Prezident Ərdoğan liderliyindəki Türkiyə İslam coğrafiyasının mərkəzi müqavimət nöqtəsidir. Türkiyənin Liviyanı öz gələcəyilə bağlı bir məsələ hesab etməsinə xüsusilə diqqət edilməlidir. Onun bütün Aralıq dənizini mühasirəyə aldığını görməmiz lazımdır. Türkiyə siyasi və hərbi mövcudluğunu geridönməz şəkildə göstərərək, İraq-Suriya-Kipr-Aralıq dənizi-Liviya xəttində öz gələcəyilə bağlı olan istiqaməti möhkəmləndirməyi davam etdirəcəkdir. Türkiyə geopolitik müdaxilələri qəti formada davam etdirməyə qərar vermişdir.
Tərcümə Strateq.az-ındır.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb