Bu obyektlərdə qaydalar pozuldu - SİYAHI
21-07-2020 [19:03]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən 20 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 53 ictimai iaşə obyekti, 182 ərzaq satışı mağazası olmaqla ümumilikdə 235 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 86-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Kamal oğlu”, “Bayram”, “Baba”, “Yeni”, “ƏVOA” MMC-yə məxsus marketlər, İsgəndərov Həyətxan Hüseynəli oğluna, Dadaşov Elçin Rüstəməli oğluna, Sarayeva Gülarə Vaqif qızına, Kərimov İsmayıl İsrafil oğluna, Məmmədli Arif Mehdi oğluna, Kərimov Əmir Kamil oğluna, Səmədov Feyruz Səməd oğluna və Məmmədov Davud Qurban oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Novxanı kəndində Məmmədov Fəqan Etibar oğluna məxsus ət satışı mağazası
Sumqayıt şəhərində “Səda store” və “Grandmart” marketlər
Xaçmaz rayonunda Tomayeva Nəzakət Molla qızına, Ağayev Samin Sabir oğluna, Ələskərov Məhərrəm Sərdar oğluna, İdrisov Tural Afər oğluna, Kərimova Rəşadət Abdul qızına, Gəbəkbəyov Əfqan Abdulrəhim oğluna, Səlimov Kamran Cəbrayıl oğluna məxsus ərzaq satışı mağzaları, Ağayev Nemət Sadıq oğluna, Kərimov Eyvaz Kərəm oğluna, Nəsrullayev Bəxtiyar Balahməd oğluna məxsus ət satışı mağazaları
Şabran rayonunda İsayev Güləddin Mürsəl oğluna, Qəniyev Məhəmməd İkram oğluna, Bağırov Taleh Arif oğluna, Cəfərov Mehrac Zal oğluna, Məmmədov Mənsur Sabir oğluna və Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları
Salyan rayonunda Axundov Nurlan Əlixeybər oğluna, Cəfərov Toğrul Mahir oğluna, Rzayev Fuad Abseyin oğluna məxsus kafelər, Tağızadə Samid Aləddin oğluna məxsus ərzaq mağazası
Şamaxı rayonunda “Fortuna” restoran, “Narınc” yeməkxana, “Eldarado” market
Göyçay rayonunda Əhmədov Çingiz Ağaismayıl oğluna, Fərəcov Mehdi Baləli oğluna məxsus kafelər, “Nar çiçəyi” kafe
Kürdəmir rayonunda Baxşıyev Qurban Xudabaxış oğluna, Hüseynova Zəminə Hüseynalı qızına, Kərimova Yazgül Yusif qızına və Xələfova Lalə Paşa qızına məxsus ərzaq mağazaları, “Paşa” və “Buta” marketlər
Ağdaş rayonunda “Yusif Araz”, “1 inci” marketlər, Məmmədov Bilal Məmməd oğluna, Yusifov Sahib Nəsib oğluna məxsus ərzaq mağazaları, “Novruz” kafe, “İKA” restoran, “Şərab evi” mağazası
Lənkəran rayonunda “Rəhimli” və “Nihad” marketlər
Zaqatala rayonunda Xalayev Məmmədəli Məmməd oğluna, Əliyev Afər Məmməd oğluna, Şabanov Bahəddin Şaban oğluna, Rəcəbov Rəşid Şaban oğluna, Məmmədov Cavanşir Mahmud oğluna məxsus kafelər
Balakən rayonunda Bodurov Yəhya Cəlal oğluna, Məmmədova Nəzakət Fikrət qızına məxsus ərzaq mağazaları
Qax rayonunda İsaqov Əfqan Sabir oğluna məxsus kafe, Şeydayev Bəhruz Əli oğluna məxsus ərzaq mağazası
Qəbələ rayonunda “Üç bulaq”, “Çənlibel”, “Alıbəy” restoranları
Gəncə şəhərində “Elxan”, “Həsən”, “Yusif”, “Asim”, “Ruzi”, “Röya”, “Yunis” və “Əminə” marketlər
Tovuz rayonunda “Qartal” kafe
Qazax rayonunda “Ağbulaq”, “Güllü”, “Zirvə” kafelər, “Qorxmaz” ərzaq mağazası
Ağstafa rayonunda “Karvan”, “Göyçə”, “Zəlimxan” kafelər, “Ağstafa” ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında