Qubad İbadoğludan qiymət: "Tam tərkibdə kişilərdən, özü də qocalardan ibarət olan hökümət"

img

23-10-2013 [12:06]


Iqtisadi Tədqiqatlat Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu yeni hökumətlə bağlı ortaya orijinal yanaşma sərgiləyib. Q.İbadoğlu bildirib ki, Nazirlər Kabinetinin rəhbərlərinin orta yaşı 67,5-dir. Görəsən pensiya yaşlı, tam tərkibdə kişilərdən, özü də qocalardan ibarət olan hökümət bizi necə və nə qədər müddətə idarə edəcək ?

1. Artur Rasi-zadə - 78 yaş, 1996-cı ildən qisa fasilə ilə baş nazirdir.
2. Yaqub Eyyubov - 68 yaş, 2003-cü ildən baş nazirin müavinidir.
3. Abid Şərifov - 73 yaş, 1995-ci ildən baş nazirin müavinidir.
4. Elçin Əfəndiyev -70 yaş, 1993-cü ildən baş nazirin müavinidir.
5. Əli Əhmədov - 60 yaş, 2013-cü ildən baş nazirin müavinidir.
6. Əli Həsənov - 65 yaş, 1998-ci ildən baş nazirin müavinidir.
7. İsmət Abasov - 59 yaş, 2013-cü ildən baş nazirin müavinidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA