Bu obyektlərdə də karantin qaydaları pozulub - SİYAHI
11-07-2020 [14:31]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən iyulun 10-u Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 113 ərzaq satışı mağazası olmaqla ümumilikdə 154 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾ Bakı şəhəri üzrə:
“Neskafe”, “Aqil”, “Diamond 1”, “Çinar” və “Günay” marketlər, Quliyev Eldar Əliağa oğluna, Qurbanov Mehran Hacı oğluna, Qədirov Qədir Möhlət oğluna, Əliyeva Səbinə Sabir qızına, Əliyev Osman Cəlal oğluna, Piriyeva Kifayət Bəxtiyar qızına, Seyidov Rəşad Rövşən oğluna, Namazov Bəhruz Kamal oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
◾ Abşeron rayonunda “Fərid”, “Yol”, “Efes” marketlər
◾ Sumqayıt şəhərində “Gündüz”, “Mikayıl” və Rəcəbli Ayət Nazim oğluna məxsus ərzaq mağazaları
◾ Xaçmaz rayonunda Həbibova Gülnarə Hacıbaba qızına məxsus “Mərkəzi bazar”ı (fəaliyyəti məhdudlaşdırılıb)
◾ Quba rayonunda Süleymanov Rasif Aydın oğluna və Məmmədova Gülnarə Qədir qızına məxsus marketlər
◾ Göyçay rayonunda Qəhrəmanov Ələkbər Rizvan oğluna, Babayev Pərviz Çingiz oğluna, İbrahimov Kamal İmran oğluna, Dəmirov Ramin Hacıbaba oğluna, Dəmirov Toğrul Hacı oğluna məxsus ərzaq mağazaları
◾ Ağsu rayonunda Orucov Sadiq Vahid oğluna məxsus restoran, Salmanlı Sahil Binas oğluna məxsus dönərxana, Şıxıyev Fərhad Sabir oğluna məxsus kafe, Qarayev Cəlal Aslan oğluna, Mustafayev Vasif Qəhrəman oğluna və İmanov Kamran Qürbət oğluna məxsus kafelər (son 3 kafenin fəaliyyəti məhdudlaşdırılmışdır)
◾ İsmayıllı rayonunda Hüseynov Ağaələkbər Abdulla oğluna məxsus ət satışı mağazası və Mustafayev Həqiqət Xalı qızına məxsus “Mustafa” market
◾ Tərtər rayonu, Dörd Yol qəsəbəsində Əliyev Şəhriyar Zaman oğluna məxsus dönərxana, Abbaszadə Qardaşxan Əkbər oğluna, Məhərrəmov Coşqun Qorxmaz oğluna, Abışov Pünhan Zülfü oğluna, Məmmədov Pərvin Aydın oğluna, Əliyev Rəşad Bəhmən oğluna, Quliyeva Pərvanə Bakir qızına və Məmmədov Cavid Vilayət oğluna məxsus ərzaq mağazaları
◾ Balakən rayonunda Muradov Tamazi Novruz oğluna məxsus market, Xudayev Həsən Osman oğluna məxsus kafe
◾ Qəbələ rayonunda Kərimov Mənsur Eldar oğluna və Kazımov Nizami Mövsüm oğluna məxsus ərzaq mağazaları
◾ Oğuz rayonunda İbrahimov Gündüz Bəhram oğluna məxsus ərzaq mağazası
◾ Göygöl rayonunda “Sevimli”, “Miramal”, “Leyla”, “Kirvə” marketlər, Hüseynova Səidə Telman qızına, Məmmədov Elnur Malik oğluna, Xuduyev Rasim Qəhrəman oğluna, Qocayev Arzuman Bəndalı oğluna və Ələkbərov Abil İdris oğluna məxsus ərzaq mağazaları
◾ Qazax rayonunda “Xanlıqlar”, “Yelkən”, “Dostlar”, “Ağbulaq” kafelər, Cəfərov Məhəmməd Telman oğluna məxsus “R.T” ərzaq mağazası
◾ Tovuz rayonunda “Araz” kafe
◾ Ağstafa rayonunda “İpək yolu” kafe
◾ Zərdab rayonunda “Novruz”, “3 qardaş”, “Dayanacaq”, “Beko”, “Zərdab”, “Taxtalı”, “Dalğalı” kafelər, Məmmədov Müşfiq Məhəmməd oğluna məxsus kafe
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi