Tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyaları veriləcək
02-07-2020 [13:17]
2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu(İKZF) tərəfindən tətbiqinə başlanılan kredit zəmanət mexanizmi sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsinə, banklar tərəfindən yüksək keyfiyyətli kredit portfelinin formalaşdırılmasına və ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qeyd olunan mexanizm müvəkkil banklarla Fond arasında risklərin səmərəli şəkildə bölüşdürülməsi hesabına bankları kiçik və orta sahibkarların kreditləşdirilməsinə stimullaşdırır. Eyni zamanda, təminat səviyyəsi qənaətbəxş səviyyədə olmayan sahibkarların kredit resurslarına çıxışını təmin edir və faiz subsidiyaları vasitəsilə sahibkarların kredit yükünü azaldaraq onların fəaliyyətini dəstəkləyir.
Mexanizm tətbiq edilərkən Fond tərəfindən digər qabaqcıl ölkələrin kredit zəmanət sahəsində mütərəqqi təcrübələri öyrənilib, beynəlxalq maliyyə institutlarının tövsiyələri, habelə ölkəmizin mövcud iqtisadi reallıqları və xüsusiyyətləri nəzərə alınıb.
Ötən dövr ərzində zəmanətlərin verilməsi prosesinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mütəmadi olaraq təhlillər aparılıb, sahibkarlar arasında sorğular keçirilib, müvəkkil banklarla qarşılıqlı müzakirələr aparılıb, mexanizmin genişlənməsi ilə bağlı maneə və çətinliklər dərindən öyrənilib. Aparılmış təhlillərin nəticəsi olaraq, sahibkarların ehtiyacları və bankların təklifləri nəzərə alınaraq mərhələli şəkildə aşağıdakı əlavə və dəyişikliklər edilib:
mövcud zəmanət mexanizmi çərçivəsində Fond tərəfindən təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının verilməsi təmin edilib;
əsasən kiçik sahibkarlar üçün 100 min manatadək kreditlər üzrə müvəkkil bankların təhlili və qərarı əsasında, əlavə maliyyə sənədləri tələb olunmadan zəmanətlərin verilməsi mexanizmi yaradılıb;
orta sahibkarlıq subyektlərinin ehtiyaclarını nəzərə alaraq, 500 min manatadək kreditlər üzrə zəmanətlərin verilməsi ilə bağlı qiymətləndirmə prosesinin sadələşdirilməsi və sürətləndirilməsi üçün tələb olunan sənədlərin siyahısı minimal səviyyəyə endirilib;
sistem çərçivəsində qısamüddətli (maksimum 6 aylıq) sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi üzrə yeni mexanizm formalaşdırılıb;
zəmanət üçün müvəkkil banklardan alınan komissiya haqları minimal hədlərə endirilib.
Kredit zəmanət sisteminin daha da təkmilləşdirilməsi və faiz subsidiyası mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli Fərmanına dəyişikliklər edilib. Bankların risklərinin daha çox hissəsinin Fond tərəfindən öz üzərinə götürülməsi və onların kreditləşmə fəaliyyətini stimullaşdırmaq məqsədi ilə Fərmanla aşağıdakı dəyişikliklər edilib:
bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddi 75%-dən 85%-dək artırılıb;
Fond tərəfindən banklara zəmanət ödənişləri üzrə 7%-lik hədd 10%-dək artırılıb;
zəmanət üzrə müraciətlərə baxılmağa görə birdəfəlik xidmət haqqı və zəmanət, o cümlədən faiz subsidiyası limitlərinin istifadəsi ilə bağlı cərimə və məhdudiyyətlər ləğv edilib.
Yuxarıda qeyd olunanlarla yanaşı, kreditlər üzrə faiz subsidiyalarının ayrılmasının daha da sadələşdirilməsi və xüsusilə, ixracatla məşğul olan sahibkarların dəstəklənməsi məqsədilə investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara ayrılan kreditlər üçün faiz subsidiyası kreditin müddətindən asılı olmayaraq 10% müəyyən edilib.
Görülmüş işlər nəticəsində bu günə mexanizm çərçivəsində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 91 mln manatdan artıq kredit ayrılıb və həmin kredilər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln manatdan artıq məbləğdə nəzərdə tutulub. Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir, kreditlər üzrə subsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin həcmi isə 6%-ə enib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 1 500-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Xüsusilə vurğulamaq lazımdır ki, sahibkarlıq kreditlərinin risk səviyyəsinin yüksək olmasına baxmayaraq, bugünədək Fond tərəfindən zəmanət verilmiş kreditlər üzrə defolt halları qeydə alınmayıb. Bu isə öz növbəsində Fond tərəfindən kredit müraciətlərinin qiymətləndirilməsi mexanizminin müvəffəqiyyətlə tətbiq edildiyinin gəstəricisidir.
Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində Fond tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də baxılıb və bu günə müraciət edilən 6 sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib.
Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir. Bu tədbirlərin müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq/Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi