Bu obyekt və mağazada qaydalar pozulub - SİYAHI
28-06-2020 [16:45]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentikdən Mia.az-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 27 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 72 ictimai iaşə obyekti, 164 ərzaq satışı mağazası olmaqla ümumilikdə 236 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Rahat” market, Əliyev İlkin İrzalı oğluna, İbrahimov İsmayıl Adil oğluna, Məmmədov Elvin Cəbrayıl oğluna, Əsgərov Əsgər Bahadır oğluna, İlyasov Anar Mahmud oğluna, Məcidov Yusif Namiq oğluna, Bağışov Salaməddin İmanəli oğluna, Əhmədov Məmməd Cəlal oğluna, İsmayılova Nailə Məhəmməd qızına, Məmmədova Gülnarə Həbib qızına, Cəfərov Təbriz Yaqub oğluna, Əhmədova Səyyarə Əli qızına, Quliyev Ağaəmi Xosrov oğluna, Muradov Anar Vəli oğluna, Rüstəmova Asiya Əli qızına, Səfərov Əbülfəz Müseyib oğluna, Hüseynli Mürəyyib Mirhüseyn oğluna, Mikayılov Rövşən Əkbər oğluna, Əhmədov Rəşad Musa oğluna, Hüseynov Ceyhun Hidayət oğluna, Davudzadə Günay Elşən qızına, Ağayeva Zöhrə Bəşir qızına, Zeynalov Ruslan Şamil oğluna məxsus ərzaq mağazaları, “Namiq”, “Tovuz”, “Yolüstü”, “Sirab”, “Nihad”, “Leyla”, “Çinar”, “Babaş” marketlər,
Gəncə şəhərində “Al market”, “Kamal” market, Hüseynov İlqar Nizami oğluna məxsus ərzaq mağazası, Xaçmaz rayonunda Paşayev Yaşar Heybətulla oğluna, Cəlilov Elnur Alim oğluna, Ağayev Müzəffər Qəzənfər oğluna məxsus kafelər, Ağalarov Niyazi Qəzənfər oğluna məxsus ərzaq mağazası, Şabran rayonunda Ağarzayev Zahid Şahbala oğluna, Əsədov Arif Ağalar oğluna, Qədirov Mirəsədulla Mirfəttah oğluna, Cəfərov Mehrac Zal oğluna məxsus ət satışı mağazalarında uyğunsuzluqlar aşkarlanıb.
Həmçinin Masallı rayonu, Ərkivan qəsəbəsində Xalıqzadə Cövdət Eldar oğluna məxsus ət satışı mağazası, Sabirabad rayonunda Nuriyev Vüqar Ağahəsən oğluna və Şirəliyev Miralı Elçin oğluna məxsus ərzaq mağazaları, İsmayıllı rayonunda Şıxəliyev İxtiyar Umud oğluna məxsus yeməkxana, Rəhimov Çingiz Rəhim oğluna məxsus “Həyat” market, Göyçay rayonunda Nəzərəlizadə Vüqar İsmayıl oğluna məxsus “Ümid” market, Qasımov Rəşad Çingiz oğluna məxsus ərzaq mağazası, Ağstafa rayonunda “Poylu”, “Kənd uşaqları”, Limon”, “Poylu suyu”, “Balıq evi 1”, “Balıq evi 2” kafeləri, “Poylu” və “Tataroğlu” ərzaq mağazaları, Qəbələ rayonunda Fərzəliyev Şaiq Mirsəməd oğluna məxsus restoran, “Al market”, “Ömər” market, Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” kafesində də uyğunsuzluqlar aşkar edilib.
Eyni zamanda Qax rayonunda Berikaşvili İveri Dimitriyeviç oğluna, Əhmədova Pərvanə Adıgözəl qızına məxsus ərzaq mağazaları, Oğuz rayonunda Abdurrahmanova İlhamə Dəmir qızına məxsus ərzaq mağazası, Balakən rayonunda Muqumayev Sulxay Şeyixəli oğluna məxsus kafe, Davudov Müslim Murtuzəli oğluna məxsus ərzaq mağazası, Zaqatala rayonunda Məmmədova Gülüzar Məmmədəmin qızına, Əhmədov Rəhim Əziz oğluna, Davudov Şamil Məmmədseyid oğluna məxsus ərzaq mağazaları, Bərdə rayonunda Əkbərli Kənan Azər oğluna, Həsənov Vüsal Sərdar oğluna və Mikov Bəhlul Vəli oğluna məxsus ərzaq mağazaları, İmişli rayonunda “Dostlar”, “Halal”, “400 market”, “Ailəvi”, “Elçin” ərzaq mağazaları, Zərdab rayonunda “SannyMart”, “Üfüq”, “Bizim”, “4 yol”, “Dayanacaq” ərzaq mağazaları, “Zərdab” kafesində uyğunsuzluqlar aşkarlanıb.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi