Dövlət Taxıl Fondu üçün ərzaqlıq buğda alınır
25-06-2020 [16:36]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2020-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü elan edilib.
Mia.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, elanda bildirilir ki, “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Pak-Nur” MMC, “Xırman” MMC, “Saf Ekspress Aqro” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, “Dəvəçi-Dəyirman” MMC və Ağstafa Aqrar Sənaye Kompleksi müəssisələri vasitəsilə 2020-ci ilin iyun ayının 29-dan sentyabr ayının 1-nə kimi İqtisadiyyat Nazirliyinin təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 380 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
- buğda üçün - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)
- buğda üçün - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə):
- bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq:
- 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
- yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)
VI. Şüşəvarilik:
- 3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla
VII. İyi və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
X. Digər əlamətlər (göstəricilər) - bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.
Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00-dan 18:00 -a kimi):
- “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
- “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
- “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-585-84-08, 070-585-84-08;
- “Karat-Holdinq” MMC: Xirdalan şəhəri, Samaxı şossesi-23, tel: 050-222-38-36;
- “Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, tel: 050-265-80-75;
- “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
- “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
- “Muğan” ASC, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
- “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 050-200-11-87;
- “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
- “Pak-Nur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov küç., tel: 050-220-82-55; 055-220-82-55;
- “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
- “SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
- “Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
- “Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66;
- “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
- Ağstafa Aqrar Sənaye Kompleksi, Ağstafa şəhəri S.Vurğun, tel: 050-270-93-03, 050-264-88-38.
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
- Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilib;
- Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
Təqdim edilən buğda nümunələrində keyfiyyət analizləri ödənişsiz əsaslarla aparılacaq.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi