17-10-2013 [12:53]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclasın əvvəlində rayon ictimaiyyəti ölkə başçısı möhtərəm İlham Heydər oğlu Əliyevi oktyabr ayının 9-da keçirilən Prezident seçiklərində qazandığı inamlı qələbə münasibəti ilə təbrik etmiş, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə Ali dövlətçilik fəaliyyətində uğurlar uğurlar arzulamışlar.
İclasıda giriş sözü ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə 9 ay ərzində iqtisadiyyat 5 %, qeyri-neft sektoru 10,4 %, kənd təsərrüfatı 5 % artmış, inflyasiya cəmi 2,3 % olmuş, əhalinin pul gəlirləri təxminən 7,6 % artmışdur. Ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2013-cü ilin doqquz ayı ərzində Səbail rayonunun sənaye müəssisələri tərəfindən 17.566,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 % çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 408,9 milyon manatlıq və ya keçən illə müqayisədə 1,6 % çox, rabitə müəssisələri tərəfindən 471,2 milyon manatlıq və ya keçən ilin müavfiq dövrünə nisbətən 2,1 % çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.263,4 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,4 % artmışdır. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.104,1 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 4,2 dəfə artmışdır.
İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 183,3 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 2,8 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 219,3 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 % çoxdur. Həmin dövr ərzində əhaliyə 61,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri göstərilmişdir.
2013-cü ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113398 nəfər, orta aylıq əmək haqqının məbləği isə 999,1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 5,7 % çoxdur.
2013-cü ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1585 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə, yalnız 2009-cu ilin yanvarından 2013-cü ilin oktyabr ayının 1-dək rayonda 10079 daimi iş yeri açılmışdır.
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ilin ilk 9 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının binasının, 3 saylı Vərəm Əleyhinə Dispanserinin, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbinin, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının, A.H.Kazımov adına 1 və Bayıldakı 33 saylı saylı şəhər poliklinikalarının, 44 saylı uşaq bağçasının, Dağüstü parkın ərazisinin bir hissəsinin əsaslı təmir-yenidənqurması işləri başa çatdırılmış, «Azadlıq» Meydanında yeraltı qaraj istifadəyə verilmiş, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulmuşdur. Bibiheybət qəsəbəsində post məntəqəsi açılmış, qəsəbədə 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpusun tikintisi və bağçanın köhnə binası başa çatmışdır. Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır.
Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın inşası başa çatmış, iyulun 22-də ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsində 136 saylı uşaq bağçasında əsaslı təmir aparılmış, sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir.
Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, «Qız qalası»nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılmış, yola yeni asfalt örtüyü çəkilmişdir.
RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və «Şəhidlər Xiyabanı» kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlər üçün tikili inşa olunmuş, qəsəbədə texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası tikilmiş, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunmuşdur.
Hazırda Badamdar şossesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının yenidənqurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 2 ədəd, Bayıl dairəsindəki 3 ədəd yaşayış binasının, A.İsgəndərov küçəsi 1 və 3/5 ünvanlarında, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və fasadlarının təmir-yenidənqurulması işləri aparılır.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binanın dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik görülmüşdür.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2013-cü ilin ilk 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 422 ailə (1682 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 119,0 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13090 nəfər təqaüdçülərə ilin ilk 9 ayı ərzində 26.014.775,44 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 9 ayı ərzində 750 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur, «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci yarısı ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili» üzrə peşə kursları və 16 nəfər iş axtaran vətəndaş üçün isə «Kompyuter istifadəçisi», 12 nəfər üçün isə «Toxucu» kursları açılmış, «Əmək yarmarkasında» 28 nəfən daimi işlər təmin olunmuşdur.
Ümumilikdə 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 11 min olmuşdur.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər təşkil olunmuş, görüşlər keçirilmişdir.
İclasda Milli Məclisin deputatı Fuad Muradov, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov və başqaları çıxış etmişlər.
Yığıncaqda Dünya və Avropa çempionatlarında qalib olmuş və mükafata layiq yerlər tutmuş «Attila» İdman Klubunun bir qrup idmançı və məşqiçilərinə mükafatlar təqdim olunmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi