"Təkcə Şəmkir üzrə istixanaların “Azəriqaz”a 12 milyon 88 min manat borcu var" - Direktordan xəbərdarlıq
18-06-2020 [16:05]
"Azəriqaz" rəhbərliyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə 50-ə yaxın istixana sahibi ilə onlayn görüş keçirib.
“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, görüşdə müxtəlif qurumların nümayəndələri ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov, eləcə də Birliyin daha 3 nəfər məsul şəxsi iştirak edib.
Görüşdə sahibkarlar istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi və digər istiqamətlərdə fikirlərini səsləndiriblər. Onları maraqlandıran suallara elə yerindəcə operativ cavab verilib.
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev konfrans zamanı bildirib ki, istixana sahibləri ilə mövsümün əvvəlində 2019-cu ilin noyabr ayında istər regionlarda, istərsə də Bakı şəhərində bir neçə dəfə görüş keçirilib. Bundan başqa, ötən ay onlayn vətəndaş qəbuluna Şəmkir rayonundan olan istixana sahibləri də qoşulub: "Bu görüşlər zamanı borclu sahibkarlara köməklik göstərilməsi, hətta məhsul əldə olunana qədər ödənişlərin aparılmasında vaxt baxımından müəyyən güzəştlərin edilməsi kimi məsələlər diqqətdə saxlanılıb. Lakin buna baxmayaraq istixana sahibləri mövsümün əvvəlində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyib və istifadə etdikləri təbii qazın dəyərinin müəyyən bir hissəsi istisna olmaqla əvvəlki illərdən qalan borclarını ödəməyiblər. Hazırda təkcə Şəmkir rayonu üzrə istixanaların “Azəriqaz” İstehsalat Birliyinə 12 milyon 88 min manat borcu var. Bu məbləğin 6 milyon 954 min manatı 2019-2020-ci il mövsümü üzrə istifadə olunmuş qaza görə yaranıb. Bakı şəhəri və Salyan rayonunda fəaliyyət göstərən istixana sahibləri ödənişi 83% yerinə yetirib. Şəmkir rayonunda isə bu göstərici kritik durumdadır və bu günə ödənişlər 56% təşkil edir".
Birlik rəhbəri istixana sahiblərinin borclarını ödəmədikləri halda növbəti isitmə mövsümündə onların istixanalarına təbii qazın verilməsində problemlərin yaranacağını da istisna etməyib.
Onlayn konfransın sonunda araşdırılması tələb olunan digər məsələlər baş direktorun tapşırığı ilə konfransa qoşulan Birliyin məsul şəxsləri tərəfindən nəzarətə götürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi