Sahil Babayevdən pensiyalarla bağlı mühüm anons: "Çox mühüm dəyişikliklər olacaq"
16-06-2020 [14:27]
"Sosial təminat sistemində aparılan islahatların mühüm bir istiqaməti bu sistemin, xüsusilə pensiya təminatı sisteminin təkmil və həssas qruplara münasibətdə daha humanist yanaşmalar üzərində qurulması, eyni zamanda bu sahədə proaktiv xidmətlərin dairəsinin genişləndirilməsidir".
Mia.az ƏƏSMN-ə istinadla bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiya, müavinət və təqaüd məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında keçirilən iclasında bildirib.
Nazir deyib ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının təzahürü olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atılır: "Sosial ödənişlərin məbləği mütəmadi artırılır. Eyni zamanda, sosial təminatda humanistləşdirmə, sosial təminata əlçatanlığın artırılması prosesi özünü göstərir. Məsələn, ötən il əmək pensiyası yaşına çatan və fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verildi. 2020-ci ilin əvvəlindən ailəyə ailə başçısını itirməyə görə əmək pensiyasını və ya sosial müavinəti seçmək hüququ verilib. Həmçinin bu ilin əvvəlindən uşaqlar həm sağlamlıq imkanları məhdudluğa, həm də ailə başçısını itirməyə görə hər iki müavinəti alırlar, pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayanlar həmin an da yaşa görə müavinətlə təmin edilirlər və s.".
S.Babayev bildirib ki, bu kimi təkmil və humanist yanaşmaların tətbiqi davam edəcək: "Ümumilikdə hazırda pensiya təminatı sistemində bir çox mühüm dəyişiklikləri əks etdirən layihə hazırlanır".
Nazir diqqətə çatdırıb ki, sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi də davam edir: "Bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin".
İclasda sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, yeni e-təyinat sistemlərinin yaradılması, ölkənin pensiya təminatı sisteminin uzunmüddətli inkişaf strategiyasının (yol xəritəsi) hazırlanması, müavinət və təqüdlərin təyinatının ölkə üzrə tam mərkəzləşdirilməsi və s. məsələlərdən bəhs edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi