“Bank Respublika”dan 61 nəfərin adına saxta kredit götürənlərin işi məhkəməyə göndərildi
01-06-2020 [12:44]
Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şahağacı kəndi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləmiş Vasif Bağırovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, aparılmış istintaqla Vasif Bağırovun “Bank Respublika” ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş Rövşən Quliyev, Astara RİH başçısının Şahağacı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olaraq rayonun Şahağacı, Şiyəkəran, Kolatan, Siyəkü və Kakolos kəndlərindən olan 61 sakininin adlarına ayrı-ayrı məbləğlərdə kreditlər götürərək “Bank Respublika” ASC-nin ümumilikdə 141 min manat məbləğində əmlakını mənimsəməsinə, bundan başqa vəzifə saxtakarlığı edərək 61 kənd sakini və Bank Respublika” ASC-nin ümumilikdə 37.100 manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.
3 fevral 2018-ci il tarixdə “Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
25 aprel 2019-cu il tarixdə Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və ona Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə istintaq 25 may 2020-ci il tarixdə tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi