KTN-nin payladığı və böyük pullara başa gələn ipəkqurdu niyə məhv olur? - Şikayət + Rəsmi reaksiya
26-05-2020 [13:23]
Ağdam rayonunda kümçülərə verilən ipəkqurdu məhv olur.
Bu barədə APA-nın yerli bürosuna rayonun İmamqulubəyli kəndindən olan bir qrup kümçü məlumat verib.
Kümçülərin sözlərinə görə, becərdikləri ipəkqurdu yatdığı yuxudan oyanmır.
Bildirilib ki, yuxudan oyanan ipəkqurdu isə köhnə qabıqdan çıxa bilmir və bu səbəbdən də ipəkqurdu ölür.
Qeyd olunub ki, ipəkqurdunun kütləvi məhv olması rayonun müxtəlif yaşayış məntəqələrində də qeydə alınıb. Kümçülər buna səbəb kimi ipəkqurdu sürfələrinin yetişdirilməsi zamanı temperatur nizamlanmasında səhvə yol verildiyini bildirirlər.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) məsələyə münasibət bildirib. Nazirliyin mətbuat katibi Vüqar Hüseynov APA-ya bildirib ki, hava şəraitinin kəskin dəyişməsi səbəbindən və ya ipəkqurdunda müqavimət zəif olduğundan ölmə halları ola bilər, lakin kütləvi ölüm halları qeydə alınmayıb.
“İstisna deyil ki, ipəkqurdunun ölməsi müəyyən səbəblərdən ola bilər. Bu ya kümçülərin onlara baxa bilməməsi, natəmizlik və yaxud temperaturun aşağı düşməsi səbəbindən baş verə bilər. Belə olduğu təqdirdə baramaqurdunun 20-30%-da ölüm halları olar bilər. Nazirliyin mütəxəssisləri Ağdam rayonunun kümçüləri ilə görüşüb. Mütəxəssislər tərəfindən sarmağa hazır olan və yuxuya hazırlaşan baramalar ayrılıb”, - deyə V. Hüseynov vurğulayıb.
Nazirlik rəsmisi qeyd edib ki, kümçülər qurum tərəfindən ipək qurdu ilə təmin olunur, onlara baxmaq isə birbaşa kümçülərin işidir.
Xatırladaq ki, paylanılan bu ipəkqurdları üçün büdcədən kifayət qədər bpyük vəsaitlər ayrılıb. Maraqlıdır ki, belə hal fermerlərə paylanılan qoyunlarda da olub. Belə ki, bir müddət əvvəl Ağcabədili fermer KTN-nin onlara verdiyi qoyunların müəmmalı fortmada öldüyü haqda məlumat yaymışdı.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi