BİR ŞƏHİDİN MONOLOQU... - Polkovnik yazır
24-05-2020 [21:28]
İbrahim İBADOĞLU RÜSTƏMLİ,
Ehtiyatda olan polkovnik
***
(Bu yazım 2003-cü ilin yayında düşmən təxribatı zamanı öz yaralı əsgərini atəş altından çıxaran və xilas edən, ancaq özü yaralanan və Şəhid olan leytenant Elman Məmmədov haqqındadır...)
***
...Bu dünyaya Ağdamın Mərzili kəndində gəlmişəm. Rüstəm kişinin ailəsində. Adım Elman, soyadım Məmmədovdu.
Atam sadə bir zəhmət adamıdı – ömrünü torpağa bağlayıb, əkin-biçində keçirib, balalarını alın tərilə dolandırıb, halal çörəklə böyüdüb. Mən balaca olanda həmişə deyərdi ki, torpaq bizim nicatımız, pənah yerimiz, ruzumuzdu, oğul, onun qədir-qiyməti hər şeydən əzizdi: bir ovuc qızılın olunca, bir ovuc torpağın olsun!..
Atam danışdıqca, evimizi torpaq ətri bürüyərdi. Evimiz torpaq ətrilə, anamın imisti təndir çörəyi ilə qızınardı. Nə ruhum canımda qərar tutar, nə də xəyallarım sərhəd tanıyardı. Ruhumun qanadlarında allah bilir ta haralara kimi gedərdim. Evimizdə atamın qabarlı əllərinə zillənmiş gözlərim qalardı ancaq. Atam cadar-cadar olmuş əllərində evimizə hər gün torpaq gətirərdi, ruzu gətirərdi, xeyir-bərəkət gətirərdi. Atamın torpaq əlləri saçlarıma toxunanda ürəyim elə uçunardı ki...
Torpaq mənim ilk məhəbbətim, ilk sevgilimdi, dostlar, mən indi də öz uşaqlığımı yaxşı xatırlayıram: zaman mənə ayağımı qorxa-qorxa torpağa basdığım günləri unutdura bilmədi. Mənə elə gəlirdi ki, ayağımı yerə azca möhkəm bassam, Torpağı özümdən küsdürəcəm; ruzu, xeyir-bərəkət evimizdən qaçaq düşəcək...
Müharibə başlayanda cəmi on yaşım vardı. Üçüncü sinifdə oxuyurdum. Mərmilərin gurultusu yuxuma haram qatmışdı. Gecələr səhərədək qarmaqarışıq yuxular görərdim. Sayıqlaya-sayıqlaya diksinərdim, yerimdən dik atılardım. Atam qabarlı əllərilə saçlarıma sığal çəkməyincə, gözlərimə yuxu getməzdi. Səhərlər obaşdandan dəli kimi həyətə atılardım.
Anam arxamca qışqıra-qışqıra qalardı: su götür ovcuna, ay oğul, su aydınlıqdı, bala, gördüyün yuxunu suya danış...
Amma mən heç vaxt ovcuma su almazdım, gördüyüm yuxuları heç vaxt suya danışmazdım. Mən öz yuxularımı ipək kimi yumşaq barmaqlarımın arasında sıxdığım bir ovuc Torpağa danışardım. Torpaq mənim ilk məhəbbətim, ilk sevgilimdi, dostlar, mən indi də öz uşaqlığımı yaxşı xatırlayıram: zaman mənə ayağımı qorxa-qorxa torpağa basdığım günləri unutdura bilmədi...
Beləcə illər arxada qaldı. Özüm də böyüdüm, arzularım da. Yollar məni qoynuna aldı. Amma hara getdimsə, hansı ünvana üz tutdumsa, öz yaralı sevgilimlə qoşa addımladım. Orta məktəbi bitirib Kənd Təsərrüfatı Akademiyasına sənəd verdim. Bura mənim arzularımın Vətəni idi...
Amma zaman mənə əkin-biçinlə məşğul olmağa macal vermədi. Bu ilin fevralında əynimə əsgər libası geyindim. Bu libasda mən özümü xoşbəxt hiss edirdim. Bu libasda mən öz sevgilimə daha yaxın idim, daha doğma idim, daha əziz idim. Bu libasda biz bir-birimizi daha yaxşı anlayırdıq...
Hərbi hissədə mənə motoatıcı taqımın komandiri vəzifəsini tapşırdılar. Qorxubilməz əsgərlərim vardı. İlk gündən onların gözlərində ilk sevgilimin, ilk məhəbbətimin nişanələrini tapdım. Yenidən doğuldum...

Şəhid olan leytenant Elman Məmmədov
Zabit silahdaşlarımın da hər birinin öz yeri var ürəyimdə. (Polkovnik-leytenant Vüqar Məmmədovdan tutmuş mayor Elşən Kərimova, Arif Məmmədova, Qafqaz Zeynalova, baş leytenant Cavid Fərhadova kimi hamısından razıyam. Ölümün gözünə dik baxmağı, düşmənə can şirinliyini daddırmağı bacaran oğullardı. Haqqımda söylədikləri xoş sözlərə görə hər birinə minnətdaram...)
... Xidmətə başladığım gün mənim ikinci doğum günümdü. Gecələr səngərlərə sığınıb sübhədək kiprik qapamazdım. Sağımda, solumda əsgər qardaşlarım. Belə vaxtlarda sayrışan ulduzlarla göz-gözə qalmağın bir özgə ləzzəti var. Əsl torpaq ətrini də ancaq səngərdə duyursan. Qarabağ dərdinin, Qarabağ ağrısının insana ən yaxın olduğu yerdi sənəgər!...
Çünki ancaq səngərdə başa düşürsən ki, yüz ilin, min ilin ağrısıdı bu ağrı, yüz ilin, min ilin dərdidi bu dərd: Ruhumuzda, canımızda vurnuxan, yuxumuzu ərşə çəkən oddu, alovdu. Yoxsa bir bu qədər doğma gəlməzdi adama...
Gözün aydın, Ana Torpaq, gözün aydın! Səndən ötrü sinəsini güllə qabağına verən oğulların var! Hər biri bir düşmən çəpəri!...
Gözlərimizin yaddaşı da qanımızın yaddaşı qədər uludu! Görə-görə gəlirik! Tanrının mərhəmətinə gümanımız çoxdu, ay Ana, amma bizi bizdən alarlar, Səndən ala bilməzlər! Qara başımızı ağ birçəklərinə qurban demişik! Südün andımızdı! Əynimizə əsgər libasını geyindikmi, əlimizə silah aldıqmı, Sənə tuşlanan güllələri köksümüzdə soyudarıq! Yağının dizlərini büküb, kürəyini yerə vurarıq!.. Dünənimizin də, bugünümüzün də, sabahımızın da aynası sənsən, doğma Azərbaycanım! Göyündən Günəşin, torpağından ruzun-bərəkətin əskilməz!
Axar suların sovulmaz! Meşələrin qurumaz! Oba-oba, el-el çatılan ocaqların sönməz!
Sabaha dikilən gözlərinin nuru tükənməz, Ana Yurdum, heç vaxt tükənməz!
Nə qədər ki, biz varıq!
Nə qədər ki, Torpaq var!
Nə qədər ki, ayağını qorxa-qorxa Torpağına basan oğulların var!...
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb