İcra Hakimiyyəti 2 ay əvvəl yaradılan 3 şirkətlə 539 min manatlıq müqavilə bağladı - Diqqətçəkən FAKTLAR
22-05-2020 [16:55]
Füzuli Rayon İcra Hakimiyyəti rayonda infrastruktur layihələrini həyata keçirmək üçün ümumi maliyyə dəyəri 538 690 manat olan 3 müqavilə imzalayıb.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, müqavilələr “Çinar-N” MMC (199 326 manat), “Xəmsə-M.X” MMC (199 221 manat) və “Ağçala-LM” MMC (140 143 manat) ilə bağlanıb.
Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və “sair xərclər" nəzərdə tutulub.
Maraqlıdır ki, bu şirkətlərin üçü də bu ilin fevral ayında yaranıb.
“Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.
“Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə “Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, “Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur.
“Ağçala-LM” MMC-yə gəlincə, bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir.
Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı “Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir.
Şirkətlərin yeni yaranması və eyni ünvanda yerləşmələri Füzuli Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin şəffaflığına şübhə yaradır. Yeri gəlmişkən, MMC-lərin qanuni təmsilçiləri barədə açıq mənbələrdə heç bir məlumata rast gəlmədik.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi