İqtisadiyyat Nazirliyində 22 monitorinq qrupu yaradıldı - Yoxlamalar olacaq
21-05-2020 [14:01]
Fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılıb.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, monitorinq qruplarına İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxildir:
"Zərurət yarandıqda monitorinqlərə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də cəlb ediləcək.
Məlum olduğu kimi, Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mərhələlərlə xüsusi karantin rejiminin yumşaldılması həyata keçirilir. Belə ki, ilkin mərhələdə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmiş, Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində ticarət obyektlərinin (iri ticarət mərkəzləri istisna olmaqla), digər inzibati ərazi vahidlərinin ərazisində isə ticarət və ictimai iaşə obyektlərinin fəaliyyətinə, nəqliyyat vasitələrinin (ictimai nəqliyyatla sərnişindaşıma istisna olmaqla) rayonlararası və şəhərlərarası sərbəst hərəkətinə icazə verilib.
Bununla belə, insanların sağlamlığının qorunması baxımından iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vacibdir. Belə ki, sahibkarlıq subyektləri fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməli, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin edilməlidir.
İş və xidmət sahələri üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla profilaktik tədbirlər görülməli, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalı, sosial məsafə saxlanılmalı, qoruyucu vasitələrdən istifadə edilməli, işçi heyət gigiyenik tələblərə əməl etməlidir”.
Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılacaq, monitorinqlərin nəticələri KİV-də geniş işıqlandırılacaq", - deyə qurum bəyan edib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi