"Əbülfəs Qarayevi "yıxıb-sürüyən"lər Elçin Quliyevə niyə “gözün üstə qaşın var” demirlər?"
19-05-2020 [23:49]
Seymur VERDİZADƏ
Yenisabah.az-ın Baş redaktoru
***
Ən azı 15-20 il əvvəlin söhbətidir.
Gənc yazarlardan biri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qarşısını kəsib, giley-güzara başlayır: “Bəy, mən sizi demokrat kimi tanıyırdım. Sizin partokratlardan heç bir fərqiniz yoxmuş”.
Təbiət etibarıyla sakit adam olan Qənimət Zahid halını pozmur: “Nə olub, bəy? Nədən narazısan?”
Postmodernist ədəbi cərəyanı ilə yenicə tanış olan gənc dərhal izahat verir: “Sizə tənqidi məqalə göndərmişdim. Amma çap etmədiniz. “Azadlıq” qəzeti azad fikri boğur”.
Bu söhbəti mənə Qənimət Zahidin özü danışdığı üçün ən xırda detal da yadımdadır. Həmin yazar “Azadlıq” qəzetini tənqid etməyə başlayanda, baş redaktor ondan hansı mövzuda yazdığını soruşur.
Oğlanın cavabı özünü çox gözlətmir: “Məhəmməd peyğəmbərin əleyhinə məqalə yazmışdım. Amma siz çap eləmədiniz. Siz necə demokratsınız?”
Qənimət bəy oğlana belə məsləhət verir: “A bala, sən Ramil Usubovun əleyhinə yaz, birinci səhifədə çap edəcəm”.
Oğlan gözünü döyə-döyə soruşur: “Ramil Usubovdan niyə?”
Sən demə, həmin vaxt bir neçə gənc yazar “Azadlığ”ın redaksiyasına Məhəmməd peyğəmbərin əleyhinə məqalə təqdim edibmiş. Onların əlindən boğaza yığılan baş redaktor bu dəfə səsini qaldırmalı olur: “A bala, bir dəfə də topu-tüfəngi olan adamdan yazın. Min dörd yüz əvvəl dünyadan köçmüş insanla nə işiniz var? Belə cəsarətlisinizsə, bir dəfə də polisdən, prokurordan yazın, bir generalın adını çəkin”.
Bu hadisəni təsadüfən xatırlamadım.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov həbs olunandan sonra hamı Əbülfəs Qarayevin üstünə düşdü. İndi sağdan da, soldan da onu “vururlar”. Məncə, düz edirlər. Əbülfəs Qarayevi nə qədər vursalar da, onun Azərbaycan mədəniyyətinə vurduğu zərbədən çox vura bilməzlər.
Amma incə bir məqam var. Axı elə bu günlərdə DSX-nın rəisi Elçin Quliyevin müavini, general-leytenant Əfqan Nağıyev də həbs olunub. Əbülfəs Qarayevi "yıxıb-sürüyən" adamlar niyə bir dəfə də Elçin Quliyevə “gözün üstə qaşın var” demirlər?
Əfqan Nağıyev rüşvət və korrupsiyaya qurşananda, dövlət əmlakını talayanda, Elçin Quliyev hara baxırdı? Axı o, sərhədçidir. Axı o, digər vəzifəli şəxslərdən daha sayıq olmalıdır.
Öz müavininə nəzarət edə bilməyən generala sərhədlərimizi etibar edə bilərikmi?
Günün sualı budur.
Nə qədər ki, Elçin Quliyevin topundan, topxanasından qorxub bu sualı xorla səsləndirə bilməyəcəyik, sərhədlərimiz həmişə təhdid altında olacaq; bir gün iranlılar pozacaq, bir gün ermənilər.
Çünki sərhəd pozucusunu tutmalı olan adamların gözünü pul tutub...
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb