Qulaqardına vurulan ağır söyüşlər…
15-05-2020 [13:12]
Seymur VERDİZADƏ,
Yenisabah.az-ın Baş redaktoru
***
Flora Kərimova deyib ki, Elçibəy ona fəxri ad verməsəydi, heç vaxt Xalq artisti ola bilməyəcəkdi…
Şeyx Əbdül Mahmudbəyov isə daha sərt danışıb: “Xalq artisti adını daşıyan elə adamlar var ki, onlarla bir sırada dayandığıma görə xəcalət çəkirəm”.
Rasim Balayev DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın videosunu izləyəndən sonra dəhşətə gəlib: “Bu adamlar canavar kimi yırtıcıymış…”
Əməkdar artist Baloğlan Əşrəfov isə Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri haqda ikrahla danışıb: “Hamısı cəhənnəm olsun!”
Sözü üzə deməyi xoşlayan qocaman müğənni Əli Mirəliyevin reaksiyası isə belə olub: “Neçə ildi deyirəm ki, naziri qovmaq lazımdır”.
Bu adamlar indi danışır, amma mən danışmaqdan yorulmuşam. Bakıdakı kitabxanaları özəlləşdirib iaşə obyektlərinə çevirəndə, belə bir məqalə yazmışdım: “Kitabxana, yoxsa kababxana?”
Səhnədə at kimi kişnəyən müğənnilər bir-birinin ardınca fəxri adlar alanda Mədəniyyət Nazirliyini sərt tənqid etmişəm. Fəxri adların pulla satıldığına azı yüz dəfə eyham vurmuşam. Ən azı on dəfə yazmışam ki, Səməd Səmədova Xalq artisti fəxri adı veriləndə, qulaqlarına inanmayıb. Bu xəbəri ona çatdıran adama belə cavab verib: “Get, özünü dola!”
O vaxt deyirdilər ki, Xalq artisti fəxri adı 150 min manata satılır. Bu, ittiham deyil, əməlli-başlı söyüş idi. Amma Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri o qədər “mədəni” idilər ki, bu qədər ağır söyüşləri qulaqardına vurmağı bacarırdılar…
Səhnədə meymunluq edən, xaric oxuyan, insanların musiqi zövqünü korlayan yelbeyin şou əhli haqda təkcə yazmamışam, həm də danışmışam. TV-lərin arxivində bu cür kadrlar az deyil.
Nə vaxt müğənniləri tənqid etmək lazım olurdusa, məni çağırırdılar. Axırda dözməyib, bir gün dilə gəldim. Dedim ki, mən musiqiçi deyiləm, nəzəri biliklərim çox zəifdir. Niyə Arif Babayev, Alim Qasımov, Səkinə İsmayılova kimi ustad xanəndələr səslərini çıxarmırlar?
Dedim ki, səhnədə şit hərəkətlər edən, söyüş və vulqar ifadələrlə tamaşaçıları təəccübləndirməyə çalışan istedadsız aktyorları niyə Rasim Balayev, Fəxrəddin Manafov kimi qocaman sənətkarlar tənqid etmirlər? Bunları təsadüfən xatırlamadım. Əgər yuxarıda adlarını çəkdiyim adamlar vaxtında səslərini çıxarsaydılar, Əbülfəs Qarayev əsl Mədəniyyət naziri olardı, mədəsini doldurmaq niyyətiylə yaşayan nazir olmazdı…
Mən “reket” jurnalistlərin əleyhinə 10-dan artıq məqalə yazmışam. Vüqar Səfərlinin qılıncının dalı da, qabağı da kəsəndə, onu ifşa etmişəm. Mədəniyyət sahəsindəki problemləri dilə gətirmək də mədəniyyət xadimlərinin borcudur.
Ötən həftə müxbirimiz Xalq artisti İlham Namiq Kamaldan müsahibə götürmüşdü. Nə qədər axtardımsa, başlığa çıxarmağa dişədəyən bir fikir tapa bilmədim. Sanki Xalq artisti deyil, suvaqçı müsahibə vermişdi. Ağsaqqal bütün problemlərin üstündən malalaya-malalaya keçmişdi.
Eyni problem digər sahələr üçün də xarakterikdir. Daşkəsən İcra Hakimiyyətinin hansısa əməkdaşından Əhəd Abıyevi soruşsan, deyəcək ki, süddən çıxmış qaşıq kimi təmizdir. Amma belə olmamalıdır.
Təhsildəki nöqsanlardan alimlər, müəllimlər danışmalıdır. Oqtay Şirəliyevin yarıtmaz fəaliyyətini həkimlər tənqid etməlidir. Gömrükdəki rüşvətxorluqdan iş adamları şikayətlənməlidir.
Hamı ağzına su alıb durduğu üçün bizim işimizi qara maskalı oğlan görür. Sonra da qara maskalı oğlanın yanında üzümüz qara olur…
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb