"Ya "quru maaş" alacaqlar, ya da..." - Ekspert neftin qiymətindən danışdı
11-05-2020 [22:38]
Son günlər neftin bir barrelinin qiyməti 30 dolları keçdi. Bundan bir qədər əvvəl isə neft son 20 ildə görünməyən həddə qədər ucuzlaşdı, qiymət 15-20 dollar civarında dəyişdi.
Lakin bu, Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin proqnozlaşdırılan qiymətindən (55) 25 dollar azdır. Azərbaycanın ixracının isə 90 faizi neft və qazın payına düşür. Bəs görəsən, Azərbaycanda "qara qızıl" daha nə qədər bahalaşmalıdır ki, problemlərin arxada qaldığı açıqlansın?
"Neft" Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Azadlıq” radiosuna deyib ki, Azərbaycanda problemlərə səbəb təkcə dünya bazarında neftin qiymətinin azalması deyil.
Ekspertə görə, üstəlik, koronavirus pandemiyası da ölkə iqtisadiyyatına mənfi təsir göstərir, nəticədə ölkə iqtisadiyyatı daralıb.
İ.Şaban əlavə edib ki, iqtisadiyyatın ticarət, tikinti sektorunun gəlirləri azalıb.
O vurğulayıb ki, tikinti sektoru da neft-qaz gəlirlərindən qidalanırdı.
Ekspertin fikrincə, bununla yanaşı, xidmət sahəsində, o cümlədən, toy və yas mərasimlərinə tətbiq edilən qadağalar, turizm sahəsindəki durğunluq da büdcəyə gəlirləri azaldıb: "İndi elə vəziyyət yaranıb ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda böyük şirkətlər öz büdcə xərclərinə yenidən baxırlar, kapital xərclərini azaldırlar, ya da belə xərcləri 2021-ci ilə keçirirlər. Neft sənayesində qazma əməliyyatı və s. kimi proseslər azalacaq. Burada çalışan əməkçilər üçün ya iş olmayacaq, ya da, el içində deyildiyi kimi, "quru maaş" alacaqlar, qazma ilə bağlı nəzərdə tutulan pul vəsaitlərini ala bilməyəcəklər".
İ.Şaban ehtimal edir ki, bütün bunlar Neft Fondundan (hazırda orada 41 milyard dollar ehtiyat olduğu bildirilir) büdcəyə köçürmələrin həcmini artıracaq. O xatırladıb ki, bu il üçün Fondan büdcəyə 11 milyard 350 milyon manat köçürmə nəzərdə tutulurdu.
Onun qeyd etməsinə görə, koronavirus pandemiyası ilə bağlı hökumətin 3.5 milyard manat (2 milyard dollardan çox) əlavə xərci yaranıb: "Gəlirlərin 95 faizi isə birbaşa neftin satışından qidalanır...".
Ekspert xatırladıb ki, başqa bir tərəfdən isə, hökumət neft həcmini təbii yolla yox, OPEC+ formatında azaltmağa gedir. Onun fikrincə, bu da gəlirlərə mənfi təsir edən amildir: "Bütün bu həcm azalmalarını nəzərə alsaq, büdcəyə gəlirlərin tarazlaşdırılması, Neft Fondundan əlavə vəsait götürməmək üçün neftin orta ixrac qiyməti 55 yox, 70-75 dollar ətrafında olmalı idi. Ancaq nəzərə alsaq ki, birinci rübdə orta ixrac qiyməti 59 dollar olub, bu, gəlirləri artırmağa imkan vermir. Gəlir baxımından qalan müddət ərzində neftin qiyməti 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs ala bilsin".
İlham Şaban deyib ki, pandemiyadan sonra neftin qiyməti artacaq, ancaq bunun nə qədər olacağını indidən söyləmək mümkün deyil. Onun fikrincə, bu, dünyada iqtisadi hərəkətlilikdən və bazarda tələbatdan asılı olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi