Qurban bayramında Bakıda heyvanların satış yarmarkası olacaq

img

07-10-2013 [09:30]


Qurban bayramında kəsmək üçün qoyun almaq istəyən vətəndaşlar qurbanlıq heyvanları nisbətən ucuz ala biləcəklər. Rəsmi qurumlar bəyan edir ki, qurban bayramı ilə bağlı paytaxtın bir neçə rayonunda xüsusi satış yarmarkaları təşkil olunacaq. İqtisadi inkişaf nazirliyinin antiinhisar siyasəti xidmətindən bildirirlər ki, bu yarmarkalarda qiymətlərə nəzarət ediləcək.

"Qurban bayramı ilə əlaqədər olaraq süni qiymət artımının qarşısını almaq məqsədilə Baki Şəhər İcra hakimiyyəti İqtisadi İnkişaf Nazirliyi ilə birgə qurbanlıq heyvanların satışı üçün yarmarkalar kecirəcək. Satış yerlərinə gəlincə isə, hələ ki, dəqiqləşdirmələr aparılır” – deyə İqtisadi İnkişaf Nazirliyinin rəsmisi Şahin Nağıyev bildirir.

Qurban bayramı ərəfəsində ANS əməkdaşları şəhərdəki əsas heyvan bazarlarında müşahidələr aparıb. Burda qiymətlər qoyunun çəkisindən asılı olaraq 120 manatdan 140 manata qədər dəyişir. Hələki bayrama bir neçə gün qaldığından bazarlarda o qədər də aktivlik hiss olunmur.

"Biz əsasən heyvanları Bərdə, Beylaqan və Ağcəbədidən gətiririk. Qiymətlər müxtəlifdi. Bizə 9 - 9 manat 50 qəpiyə başa gəlir. Biz də onu 10 manat 10 manat 50 qəpiyə satırıq” – deyə Satıcı Asif Hacıyev bildirir.

İslam qaydalarına görə qurban bayramında qoyun, keçi, inək, dəvə kimi heyvanlar kəsmək məqbul sayılsa da, Azərbaycanda insanların çoxu qurbanlıq kimi qoyuna üstünlük verir. Ona görə də adətən qurbanlıq ərəfəsində bu heyvanın qiymətində artım olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA