""Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktordan açıqlama + VİDEO
08-05-2020 [18:36]
"Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu həssas dövrdə “Nar” üçün ən vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır. Mobil operator olaraq virusla mübarizə üçün təxirəsalınmaz addımlar atırıq”.
Mia.az xəbər verir ki, bunu “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim etdikləri xidmətlər barədə İTV telekanalına müsahibəsində deyib.
Q. Panke qeyd edib ki, müştərilərə fasiləsiz xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. Abunəçilərin sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər yaratdıqlarını bildirib.
Q.Panke müştərilərin evdə qalması üçün “Nar”ın təqdim etdiyi onlayn və səyyar xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib: “Bu dövrdə bizim qarşımızda duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə xüsusi diqqət ayırdıq. Çünki karantin rejimində insanların daim əlaqədə qalması çox vacibdir. Ona görə də 24/7 rejimində şəbəkəyə nəzarət edən komandalarımız gücləndirilmiş rejimdə işləməyə başladı. İkincisi isə Müştəri Xidmətlərimizi tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə abunəçilərimiz günün 24 saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya bilsinlər".
Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun biznesinə təsiri barədə də danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci yarısından etibarən, gəlirlərin azaldığı müşahidə edilir: "Çünki insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, “Nar” abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərə sadiq qalır".
Qeyd edək ki, “Nar”ın Baş İcraçı direktoru Qunnar Pankenin İTV telekanalına müsahibəsinin videosuna aşağıdakı linkdə baxmaq olar:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi