"Cərimə faizi, dəbbə pulu və digər ödənişlər tutulmur" - Gecikdirilən kreditlərlə bağlı vəziyyət necədir?
07-05-2020 [19:45]
Azərbaycan Mərkəzi Bankı (AMB) Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib.
Bu qərarda diqqət çəkən məsələlərdən biri banklara kredit ödənişlərinin gecikdirilməsinə görə sentyabrın 30-na qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının kredit təşkilatlarına tövsiyə edilməsi məsələsi olub. Lakin əhali arasında gəzən məlumatlara görə bəzi banklar bu tövsiyələrin icrasına əməl etmirlər və müştərilərdən kredit üzrə ödənişləri ödəməyi çağırırlar.
Bununla bağlı "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev “Report”a verdiyi açıqlamada bildirib ki, banklar Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı” ilə irəli sürülən bütün tövsiyələri yerinə yetirir:
"Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nda fiziki şəxslərlə bağlı İpoteka və Kredit Zəmanət Fondu tərəfindən pandemiyadan zərər çəkən sahələrdə çalışan insanlara verilən ipoteka kreditlərinin Fondun razılığı və bankın müştərilərinin müraciəti əsasında vaxtının uzadılması və sentyabra qədər cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması qeyd olunub.
Biznes üzrə 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyası, Sahibkarlığın İnkişaf Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə verilmiş kreditlərin onların razılığı ilə və həmin fondların qaydalarında dəyişiklik edilməklə restrukturizasiya edilməsinə imkan yaradılması və 30 sentyabra kimi bu kreditlərin restrukturizasiya müddətinin həyata keçirilməsi nəzərdə tutulub. Bütün yerdə qalan müştərilər üçün isə yalnız cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilib.
Bir sözlə, tədbirlər planında nə yazılıbsa, biz onların hamısını icra edir və orda qeyd edilən tövsiyələrin hər birinə əməl edirik. Heç bir şəkildə demək olmaz ki, tədbirlər planında nəzərdə tutulmuş hər hansı bir tədbir banklar tərəfindən həyata keçirilmir. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankının qərarı çıxan kimi biz məsələni banklarla müzakirə etdik. Bütün banklar yekdil şəkildə tədbirlər planında nəzərdə tutulan bu tövsiyələrin icra edilməsini qəbul etdiklərini bildirdilər. Orada hansı tədbirlər nəzərdə tutulubsa, biz onların hamısını edirik. Bundan başqa banklar müştərilərin müraciəti əsasında pandemiyadan təsirlənən sahələrlə bağlı məsələlərə də baxırlar. Bu fərdi yanaşmalar hər zaman olub, bu gün də var və hər zaman da olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi