Ən çox korrupsiya aşkarlanan qurumlar - SİYAHI

img

03-10-2013 [13:09]


Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adını açıqlayıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə etdiyini deyib.

Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.

"Cinayət məsuliyyətinə cəlb edilənlər içində prokurorluq əməkdaşları da var. Hətta onların içərisində konkret olaraq həbs olunanlar da olub. Rəhbərlik etdiyim idarənin əməkdaşları arasında da cinayət məsuliyyətinə cəlb olunanlar olub".

K.Əliyev korrupsiyanın bir xəstəlik olduğunu və onu əməliyyat vasitəsilə sağaltmaq mümkün deyil. "Bunu tədricən müalicə üsulu ilə sağaltmaq lazımdır. Yəni maarifləndirmə işləri aparılmalıdır. Təbliğatlar aparılmalıdır. Burada vətəndaşlar da öz köməkliklərini əsirgəməməlidirlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA