02-10-2013 [22:39]
- Namizədliyinizin irəli sürülməsi qeydə alındığı və mərhələləri normal, maneəsiz adladığınız halda birdən-birə geri çəkilməyiniz gözlənilməz oldu. Xüsusilə də səbəbini açıqlamamaığınız qaranlıq qaldı. Niyə seçkilərə qatıldınız və sonradan nə baş verdi?
- Prezident seçkilərinə tam müstəqil, partiyasız, neytral şəxs kimi qatıldım. Ölkəmizdə buna ehtiyac duydum. Düşündüm ki, xalqı inandırıb qalib gəlsəm, bütün siyasi qüvvələrin birliyində bir həmrəylik hökuməti yaradarıq. Bu istqamətdə ədalətli bir cəmiyyət qurarıq, yüksək inkişaf taparıq. Proses ilkin mərhələdə normal gedirdi. Hətta 21 nəfər irəli sürülmüş namizəddən MSK tərəfindən 3-cü qeydə alnan mən oldum. Imzatoplama və 2-ci təbliğat-təşviqat mərhələsinə adlamaq perspektivi dövrü də pis getmədi. Lakin, son anda müəyyən səbəblər yarandı və qəti qərara gəldim ki, burada artıq dayanmaq lazımdır. MSK sədrinə rəsmi məktub təqdim etdim ki, məni namizədlər sırasından azad etsin. Yəni 20 günlük həlledici təbliğat-təşviqat mərhələsinə adlamaqla iş bitmir. Bu mərhələni xalqın qarşısında seçki gününədək layiqli formada aparmaq lazımdır. Mənim üçün nəsə mənasız və perspektivsiz göründü.
- Bəs səbəblər nə idi? Səbəblər barədə danışmadınız…
- Hər halda müəyyən tutarlı səbəblər var idi və bunları seçki prosesi dövründə açıqlamaq istəmirəm. Mən özüm hüquqşünas-tədqiqatçıyam, hər hansı qarşıdakı mərhələni və orada iştirakın nə dərəcədə məqbul və ya yersiz ola biləcəyini görə bilirəm. Sonra bir çox tanış dost siyasətçilər dedilər ki, namizədlər arasında teledebatlardakı ziddiyyətli vəziyyətə baxanda yaxşı ki, mübarizəni dayandırdın və o mühitə düşməmisən.
- İctimai TV-də prezidentliyə namizədlərin debatına toxundunuz. Keçmiş namizəd kimi, debatların təşkilini və cıxışları necə qiymətləndirərdiniz?
- Təşkil olunmada problem görünmür. Hamı üçün eyni səviyyədə vaxt və imkan ayrılıb. Təəssüf doğuran cıxışların səviyyəsi və namizədlərin qarşılıqlı münasibətidir. Bir çox çıxışlarda əks tərəfə hörmətsiz, hətta nifrətlə yanaşma var. Bəziləri sanki, oraya prezident olmaq təbliğatı üçün yox, qarşı tərəfi ifşa edib biabır etmək üçün gəlib. Bir çox hallarda bir-birinə qarşı fakta, dəlil sübuta əsaslanmayan əsassıs ittihamlar yer alır. Bir çox insanlar artıq özlərinə və ailələrinə sığışdırıb bu debatlara baxmırlar. Baxanların əksəriyyəti isə konflik sevər insanlardır ki, cıxış edən namizədlərdən platforma yox, dava-qırğın gözləyir. İndi deyirlər ki, prezident gəlib iştirak etsin bu debatlarda. Belə səviyyəli debatda dünyanın heç bir dövlət başçısı iştirak etməz.
- Ümumiyyətlə, sizcə ölkədə seçki aktivliyi necədir, proseslər necə gedir?
- Seçki aktivliyi, cəmiyyətin oyanışı əvvəlki seçkilərdəkindən üstün deyil. Xalq tərəfdən dəyişiklik istəyi və xüsusilə də bu istəyi ifadə etmək təzahürləri hiss olunmur. 2003-cü ildə Müsavat başqanı İsa Qəmbərin Nardarandakı namizədlik mitinqində iştirak etmişdik. Orada adi bir kənddəki mitinq öz sayına, sıravi insanlar dəstəyinə, coşqunluğuna görə bu gün vahid müxalifətin, Milli Şuranın namizədinin mitinqindən bəlkə də üstün idi. Bu, yalnız bir misaldır, müqayisə üçün dedim. Bunu da bildirim ki, bu seckilərdə beynəlxalq qüvvələrin aktivliyi də aşağıdır. Belə görünür.
- Belə halda müxalifətin hakimiyyətə gəlmək şansını, yəni bu il hakimiyyəti dəyişməsi perspektivini necə görürsünüz? Milli Şuranın imkanları ümumiyyətlə nə səviyyədədir sizcə?
- Müxalifət dedikdə, açıq və səmimi danışırıqsa, bu günkü iqtidara rəqib ola biləcək Milli Şuranı nəzərdə tutmalıyıq. Hətta iqtidaryönlü sorğular belə, əsas rəqib kimi Milli Şuranın vahid namizədini göstərir. Bu qurumda ölkənin ən iri və real müxalifət partiyaları toplanıb. Fikrimcə Milli Şura ideyaca rejissor Maqsud İbrahimbəyovun vahid namizədliyi altında ümumilli hərəkat mahiyyətində yaranarkən yanlışlıq olmuşdu. Bu cür şuralar o zaman yaranır ki, artıq xalq ayağa qalxıb, inqilab ya üsyan vəziyyəti yaranır, beynəlxalq qüvvələr iqtidarları küncə sıxır, hakimiyyət dəyişikliyi qaçılmazdır. Bu zaman, hadisələrin çərçivədən çıxıb ölkənin xaosa sürüklənməməsi üçün həmin, cəmiyyətin bütün siyasi spektrini təmsil edən ümumilli şura yaradılır. Şura keçid dövrü üçün vəziyyətə nəzarət edir, vahid cəbhə kimi iqtidarın dəyişdirilməsi prosesini gücləndirir, sürətləndirir. Azərbaycanda isə 2013-cü ildə belə bir şərait qətiyyən yaranmamışdı. Belə bir ifrat əhvalın, yaranmasına səbəb, bir qədər Quba və İsmayıllı rayonlarında camaatın kəskin etirazları idi, hansı ki başqa regionları əhatə etmədi. Bir də əsas aldadıcı impulslar Moskvadan gəldi, daha doğrusu göndərild, Azərbaycan iqtidarına təzyiqlər və ona qarşı Rusiyadakı müxtəlif aksiya görüntüləri fonunda.
- Sonradan nə dəyişdi ki Milli Şura ətrafında?
- Sonradan illyuziya yaradan impulslar, işartılar çəkilən kimi Şuranın mahiyyəti də söndü. Və təbii ki, qurum daxilində süqut dərəcəsində çaxnaşma düşdü. Sonradan professor Cəmil Həsənlinin Şuranın namizədi olması uğurlu variant oldu. O mənada ki, Şuranı acı iflasdan qurtardı və həm də bu qurumu mahiyyətcə, əsasən iki partiyadan təşkil olunan əsl seçkiyönlü təşkilata çevirdi. İqtidar da bununla bir qədər sakitləşdi. Yəni Cəmil Həsənli faktorunun uğuru əslində Milli Şuranın daha kiçik mahiyyətdə olsa belə, saxlanmasına, Müsavat, AXCP və bu kimi qüvvələrin birliyinə və bir də professorun özünün siyasi xadim kimi dirçəlib irəli çıxmasına kifayət etdi. Bu uğur müxalifətin bundan sonrakı birliyinə və bu birlik zəminində vahid sistemli toplum halında onun növbəti president seçkilərinə yetkin bir komanda halında çıxmasına zəmin yarada bilər. Ancaq mənim fikrimcə və zaman bunu təsdiq edir ki, bu uğur və potensial mövcud iqtidarı indiki durumda kənarlaşdırıb hakimiyyəti dəyişməyə kifayət edə bilməz.
- Sizcə buna səbəb tək müxalifətin yetkin olmamasıdır, yoxsa iqtidarın da ğüclü olmasıdır?
- Bu məsələdə ən böyük səhv iqtidarın gücünün nəzərə alınmaması olardı. Şübhəsiz ki, mövcud iqtidarı zəiflədən, onun fundamentini yuyub laxlada bilən social ədalətsizlik, korrupsiya, məmur özbaşınalığı və sair faktorlar var, özü də kifayət qədər. Ancaq iqtidarı güclü edən faktorlar da çoxdur, yoxsa təbii ki, bu qədər təsir və təzyiqlərə davamlı olub belə arxayınçılıqla ayaqda qala bilməzdi.
- Yəqin ki, inzibati, iqtisadi, siyasi və sair bu cür resursları nəzərdə tutursunuz.
- Tək bunlar deyil. Burada ictimai resurslar da məncə kifayət qədərdir. Mən bu iqtidarın namizədinə səs verib tərəfini saxlaya biləçək insan resursunu nəzərdə tuturam. Çoxsaylı məmur ordusu, hakim partiya və onların qohum tərəfdarlarını, şəxsən İlham Əliyevə olan dəstəklər bir tərəfə. Vaxtilə kasıb vəziyyətdə Rusiyaya üz tutan çoxsaylı azərbaycanlı icması iqtidardan küskün idisə, indi onlar varlanıb, siyasətdən uzaqlaşıb, Azərbaycanda da biznesləri var. İndi hakimiyyət dəyişikliyini özləri üçün riskli hesab edirlər. Vaxtilə Qarabağ zonasından köçkün kimi gəlib Bakı, Abşeron və başqa regionlarda yerləşib inkişaf edən, hətta cipləri, villaları olanlar da həmçinin. Bu sırada iqtidardan narazı çoxlu olanlar da var ki, ancaq dövlətçilik tərəfdarı olmaqla geniş düşünənlərdir. Hakimiyyəti götürüb idarə edəcək, ona istinad oluna biləcək təkmil, yetkin bir müxalifət komandası yoxluğu həmin təbəqəni iqtidara səs verməyə yönəldir. Cünki dövlətin idarəçisiz qalması narahatçılığı var. Burada iqtidardan narazı olan və müxalifətə arxayın olub sığınmayan və səsvermədə iştirak etməyən boyuk bir kütlə də var. Bu passivlik də təbii ki, iqtidarın xeyrinədir. Yəni, vəziyyəti real qiymətləndirmək lazımdır.
- Gələcək üçün müxalifətin bu zəif durumdan çıxma perspektivi görünürmü?
- Bu, hesab edirəm ki, baş verməlidir Azərbaycanin tam, hərtərəfli inkişafı baxımından. Fikir versək, müasir dünyada o ölkə tam inkişaf tapır ki, onun güclü iqtidarına uyğun onu istənilən an əvəz edə biləcək yetkin ehtiyat müxalifət komandası da var. Sivil və təkmil hazır müxalifət komandasının mövcudluğu həm cəmiyyət və xalq üçün rahatçılıqdır. Həm də iqtidarın arxayınlaşmayıb öz qüsurlarını aradan qaldırması çalışqanlığı üçün lazımdır. Bu, həm də bərabərsəviyyəli iqtidar-müxalifət dialoqu, münasibətləri və eləcə də onların ümumilli məsələlərdə həmrəyliyi üçün ehtiyacdır.
- İlqar bəy, seçkilər başa çatır. Bundan sonrakı fəaliyyətiniz barədə nə düşünürsünüz, bir qədər açıqlama verərdiniz.
- Həm ali hüquq, həm də tibb təhsilli, elmi dərəcəli kriminalistəm. Uyğun hakimiyyətdə imkan olsa, öz ixtisasım üzrə əvvəlki fəaliyyətimə bərpa olunacam. Bu istiqamətdə dövlətmizin inkişafına calışacam. Ümumiyyətlə açığı, siyasətə qoşulmağımdan məmnun deyiləm. Savadlı mütəxəssislərə də bunu arzu etməzdim ki, vaxt və zəhmətləri bahasına qazandıqları ixtisaslarını kənara qoyub siyasətə qoşulsunlar. Özü də indiki ziddiyyətli, başağrılı siyasətə. Ancaq bu mümkün olmasa və lazım gəlsə, o da ola bilər, bu dəfə tamamilə pariyalı formada siyasətə qoşulub, tam əzmkarlıqla növbəti president seçkilərində iştirak edim. Calışaram bununla öz fərqli ideyalarımı xalqa çatdırım, mütərəqqi dəyişikliklərə nail olum.
- Maraqlıdır, siz özünüz kimə dəstək verəcəksiniz, müxalifətə ya iqtidara?
- Mən ilk əvvəldən seçkilərə neytral, siyasi mənsubiyyətsiz namizəd kimi qatılmışam. Təbii ki, heç kimin xeyrinə namizədliyimi götürməyi nəzərdə tutmamışam. O səbəbdən, bu hansısa siyasi qüvvəyə dəstək verməyim düzgün olmazdı. Ancaq mən həmişə birinci növbədə dövlətin varlığı, təhlükəsizliyi və inkişafı tərəfində olmuşam. O mənada bu fövqəladə əhəmiyyətli tədbirə biganə qala bilmərəm. Namizədlərdən kiminsə üzərində fərd olaraq seçim edib dəstək verməliyəm. O şəxsə ki, heç ölkəmizi bu çətin keşməkeşli şəraitdə heç olmasa bir dövlət kimi ayaqda saxlaya bilsin.
- Kimi nəzərdə tutursunuz, o da maraqlıdır?
- Hələ ki, prosesləri izləyirəm, yaxın günlərdə qərarımı verəcəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi