Neft hasilatı mayın əvvəlindən tez azaldılmayacaq
22-04-2020 [16:55]
OPEC+ formatı çərçivəsində neft hasilatının may – iyun ayları ərzində gündəlik 9,7 milyon barel azaldılması barədə bu yaxınlarda əldə edilmiş razılaşmanın şərtləri nəzərdə tutulduğu kimi may ayının 1-dən icra olunacaq.
TASS xəbər verir ki, mənbələrin dediklərinə görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqa iri neft istehsalçıları bazardakı təlaşı sakitləşdirmək üçün hasilatın azaldılmasını tezləşdirmək barədə müzakirə aparmağa ehtiyac görmür.
Mənbələrdən biri deyib: “Biz belə qənaətdəyik ki, WTI markalı neftin ucuzlaşması müəyyən texniki və möhtəkirlik amillərinin üst-üstə düşməsi nəticəsində ortaya çıxıb. Hasilatın azaldılması təsirini göstərəndə bazar öz-özünü tənzimləyəcək”. Başqa mənbənin sözlərinə görə, aprel ayı üçün bütün tədarük müqavilələri artıq imzalandığına görə hasilatı maydan əvvəl azaltmaq mümkün olmayacaq.
Qeyd edək ki, hasilatı daha tez azaltmaq fikrini bundan əvvəl İraq neft naziri Tamir Ğabdan irəli sürmüşdü. İraqla yanaşı, bəzi ölkələrin təşəbbüsü ilə aprelin 21-də OPEC-də neft bazarındakı vəziyyətlə bağlı virtual müzakirələr aparılıb. Bu müzakirələrdə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt kimi ölkələr iştirak etməyiblər. Həmçinin Monitorinq Komitəsinin may ayına təyin edilmiş iclası da qətiləşməyib.
Xatırladaq ki, hasilatın azaldılmasına dair aprelin 12-də əldə edilmiş sözügedən razılaşma nəticəsində əvvəlcə bazarda artım baş verdi, “Brent” markalı neft 36 ABŞ diollarınadək yüksəldi. Lakin bu artım çox çəkmədi, eyni “Brent” markalı neft aprelin 22-dəki səhər hərracında 17 dollardan satılırdı. Şimali Amerikanın WTI markalı nefti isə 20 aprel tarixli hərraclarda ilk dəfə olaraq mənfi rəqəmlərə geriləyərək -40 dollar səviyyəsinə enmişdi. Belə bir vəziyyətin səbəbi daha çox WTI markalı neftin tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının ifrat həddə dolması ilə bağlıdır. Bu səhər WTImarkalı neft 10 dollar/bareldən satılırdı. Ekspertlərin fikrincə “Brent” də bolluq nəticəsində bir az da ucuzlaşa bilər, lakin mənfi rəqəmlərə enməsi ağlabatan deyil/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi