Səlim Müslümov təqaüdçülərə hesabat verdi

img

01-10-2013 [17:26]


"Hazırda Azərbaycanda əmək pensiyaçılarının 342373 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 269 nəfəri qadın, 135104 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 259724 nəfəri 70-80 yaş arası, 75648 nəfəri 80-90 yaş arası, 7001 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Beynəlxalq Ahıllar Günü ilə bağlı keçirilən tədbirdə bildirib. DSMF sədri deyib ki, yaşlı insanları pensiya təminatını asanlaşdırmaq məqsədilə indiyədək ümumilikdə 701 bankomat quraşdırılıb: "2006-cı ildən indiyədək yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 7 sərəncam verilib. Hazırda vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir”.

S.Müslümov ahıl təqaüdçülərin sayına görə Gədəbəy rayonunun liderlik etdiyini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA