"Bəs deyildimi, Afaq Bəşirqızı?!" - Prezident təqaüdçüsü yazır
13-04-2020 [17:11]
Emil Rasimoğlu
AYB-nin üzvü,
Prezident təqaüdçüsü
***
Deyirəm, atalar yaxşı deyib, oğru elə bağırdı ki, doğrunun ürəyi getdi. Afaq Bəşirqızı yeni bir video-müsahibə verib. Bu dəfə də deyəcəyəm: kaş heç verməz olaydı. Necə deyərlər, qaş düzəltdiyi yerdə yenə vurub göz çıxardıb.
Deməli, sözügedən video-müsahibədə öncə fikirlərinə etiraz edənləri onu düz başa düşməməkdə suçlayıb "nadan" adlandırır. Sonra başlayır həmin o məlum müsahibəsindəki fikirlərə müəyyən təhriflərlə əlavələr etməyə ki, ay nə bilim, mən, o cümləni belə deməmişəm, elə demişəm-flan... Sonra da öz xidmətlərindən danışır...
Bir sözlə, çarəsizlik görkəmi! Guya bu adamı biz başa düşə bilməmişik. Ay evi tikilmiş, fəlsəfə yaratmışdın, ya böyük sənət nümayiş etdirmişdin ki, səni başa düşə bilməyək. Neyləmişdin ki? İnsanlığı alçaltmışdın da!
Hörmətli Afaq Bəşirqızı, əvvəla onu deyim ki, sənin "Azadlıq radiosu"na verdiyin müsahibənin nəyinki yazılı, eyni zamanda, səsli variantı göz önündədir. Səsinin tonuna qədər!
Üzünü rayon əhalisinə tutub çox hörmətsizcəsinə işlətdiyin "Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bu günə düşmüşük. “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar" flan tipli cümlələrdə başa düşülməyəcək heç nə yoxdu. İndi durub nələrəsə don geyindirib sənə əks düşüncədə olanları günahlandırmağın özü daha da ucuzçuluğa getməkdən, bir az da öz səhvində boğulmaqdan başqa heç nə deyil. O ifadələri sən demisən, deməyinlə də adına, sənətinə sayğı, sevgi bəsləyib dəyər verən bir cəmiyyəti aşağılayıb təhqir etmisən. Buna heç bir bəraət belə yoxdur!
Birmənalı olaraq çıxıb xalq qarşısında üzr istəməlisən! Bu addım, bu üzr sənin son dəfə böyüklük etmək və ya bəlkə də xalqın yaddaşında yaşamaq hüququnu qazanmaq şansındı. Təbii ki, əgər o böyüklüyü bacarsan...
Bu, belə!
Keçək ağızdolusu danışdığın xidmətlərinə; Bəlkə də unutmusan. Amma xəbərin olsun ki, əgər bu ölkənin mədəniyyəti, incəsənəti qarşısında xidmətlərin olubsa da, o xidmətlərin müqabilində istər dövlət tərəfindən, istərsə də xalq, cəmiyyət tərəfindən öz layiqli dəyərini almısan (Hərçənd ki, nə edək ki, o dəyəri tapdamağı da bacardın). Sənə sözün yaxşı mənasında hansı diqqətlər göstərilmədi? Hansı mərtəbələrə yüksəlmədin ki...
Sözün Quran ayəsi oldu, sevgin Tanrı qatı. Bəs deyildimi, Afaq Bəşirqızı?! Ya o mərtəbədə dayanmaq çətin oldu? Amma sən neylədin? Onu bu səfər özün düşün...
Vaxt edəndə, xalqın içindəki Afaq Bəşirqızına dön bir də bax; Bəlkə də tapmayacaqsan. Tapsan da özün acıyacaqsan ona. Niyəsini isə hamı bilir, deyəsən, bir səndən başqa. Sözümün canı budur ki, indi gəlib ilin-günün bu çağında xidmətlərini özünə qalxan etmə!
Bir xalq önündə edilən xidmət o xalqı aşağılamaq, təhir etmək səlahiyyətini, haqqını heç kəsə vermir, eləcə də sən Afaq Bəşirqızına- böyük Bəşir Səfəroğlunun qızına!
Məlum fikirlərinə etiraz edənləri "nadan" adlandırmağına gəlincə isə bu məqamda heç nə deməyəcəyəm. Çünki aşağılamağı bacaran bir şəxsdən bu və ya bu tip sözlər nə qədər acı olsa da, artıq bir o qədər də normaldı...
Hə, bir də unutma, mənfi qəhrəmanlara yalnız filimlərdə əbədi yaşamaq haqqı verilir!
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb