İnternetin sürəti: Azərbaycan MDB ölkələrindən geri qalır - TƏHLİL
11-04-2020 [18:38]
Xankişi Kişiyev,
Əməkdar Mühəndis
***
Son dövrdə ölkəmizdə kütləvi informasiya vasitələrində və social şəbəkələrdə internetin sürətindən çoxlu narazılıqlar var. Bu bir tərəfdən “Koronovirus” karantin dövründə internet üzərində On-line əməliyyatlarin (E- idarəetmə, E-təhsil (Distand təhsil), E-səhiyyə, müxtəli məqsədlər üçün video konfranslar, internet TV və s.) artması ilə bağlı internetdə yükləmələrlə əlaqadar olsa da, digər tərəfdən ölkəmizdə interneti dünyada digər ölkələrlə o, cümlədən MDB ölkələrində olan internetlə ilə müqaisə edəndə təmamilə başqa faktlar meydana gəlir.
2020 ci il mart ayı üçün “koronovirus” mühitində dünyanın bütün ölkələri üçün “Speedtest Global Index” apardığı ölçmələrə əsasən sabit genişzolaqlı internet sürətlərinə görə sıra nömrəsi bəzi ölkələr üçün aşağadakı cədvəldə verilib. Bu testlər "COVID-19", koronovirusun “evdə qal salamat qal” şəraitində qlobal internet keyfiyyətinin bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq aparılmışdır.
Cədvəldən məlum olduğu kimi bizdə genişzolaqlı internetlə bağlı ciddi problemlər var. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu araşdırmada 19,93 Mbit/san orta internet sürəti ilə 115-ci pillədədir. MDB məkanında Rusiya, Belarus, Qazaxstan, Özbəkstan, Gürcüstan, Qırğızstan, Ermənistan, Tacikstan və s. ölkələrdən çox geri qalır. (Mənbə https://www.speedtest.net/global-index)
№ Ölkənin adı internetin sürəti/Mbit/san.
1 - Singapore 197.26
7 - France 136.45
11 -3 United States 132.55
21 +3 China 111.96
27 -4 Japan 100.56
28 -2 Latvia 99.46
29 -2 Poland 96.88
31 - Germany 94.73
45 +1 Moldova 65.66
46 +1 Russia 64.57
47 +2 Estonia 63.30
50 +6 Belarus 58.12
58 +1 Ukraine 51.83
65 +1 Kazakhstan 41.15
83 -1 Kyrgyzstan 29.27
93 +8 Armenia 27.13
95 +7 Uzbekistan 26.92
101 +10 Tajikistan 24.51
115 +4 Azerbaijan 19.93
127 -4 Somalia 15.74
135 +7 Zimbabwe 14.41
144 -1 Zambia 12.44
150 -2 Nigeria 10.66
Ölkəmizin Ermənistandan 22 pillə geri qalması dözülməz hal olub, biabırçi və hər birimizə utanverici hadisədir. Buna görə telekommunikasiya və İKT sektorunda fəaliyyət göstərən peşəkar mütəxəsislərimizi, provoyder və operatorları səfərbər olmağa çağırıram!
2016- cı ildə Vergilər Nazirliyinin dəvəti ilə “Dalğa” biznes kompleksində “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi”ndə ölkəmizdə telekommunikasiya sahəsində peşəkar mütəxəsisilərlə birgə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ni hazırladıq və bu Strateji Yol Xəritəsi Hörmətli Prezidentimiz İ. Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edildi. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilə kimi nəzərdə tutulan işlərin 50%-ni yerinə yetirə bilsəydik MDB məkanında axırıncı deyil, birinci yerdə olardıq...!
Strateji Yol Xəritəsindən Fiberoptik internetlə bağlı tələblər haqqında.
Hədəf indikatorları bölməsindən:
● hazırda mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətlərini fiberoptik texnologiyalara (FTT-X standartlarına) əsaslanan xidmətlərlə əvəz etməklə, genişzolaqlı şəbəkənin əhatə dairəsinin 2020-ci ildə 70 faizə, 2025-ci ildə isə 95 faizə çatdırılması və növbəti dövrlərdə daha da genişləndirilməsi;
● beynəlxalq şlüzlərə qoşulan operatorların sayının 2020-ci il üçün cari 2 operatordan ən azı 3 operatora qədər artırılması və 2020-ci ildən sonra bu prosesin davam etdirilməsi;
STRATEJİ MƏQSƏDLƏR bölməsindən;
● regionlarda, kəndlərdə, ucqar yaşayış məntəqələrində tələblərə uyğun mənzil, məhəllə, bina və ofisə kimi optika (FTT-X) və ya LTE mobil genişzolaqlı internet xidmətlərinin təmin edilməsi;
● liberal bazar prinsipləri əsasında ədalətli rəqabət mühitinin yaradılması, şəffafvə səmərəli tənzimləmə mexanizmlərinin və prosedurlarının müəyyənləşdirilməsi və tətbiqi; Müstəqil tənzimləyici qurumun yaradılması.
Əsas icra göstəriciləri bölməsindən:
● hazırda mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətlərini fiberoptik texnologiyalara (FTT-X standartları) əsaslanan xidmətlərlə əvəz etməklə,genişzolaqlı şəbəkənin əhatə dairəsinin 2020-ci ildə 70 faizə, 2025-ci ildə isə 95 faizə çatdırılması və növbəti dövrlərdə daha da genişləndirilməsi;
● beynəlxalq şlüzlərə qoşulan operatorların sayının 2020-ci il üçün cari 2 operatordan ən azı 3 operatora qədər artırılması və 2020-ci ildən sonra bu prosesin davam etdirilməsi;
Strateji Yol Xəritəsindən göründüyü kimi 2020 – ci ilə kimi mis xətlər ilə olan internetin 70%-i fiberoptik texnologiya ilə əvəz olunsaydı MDB məkanında birinci olardıq.
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb