30-09-2013 [11:44]
Neft gəlirlərinin xərclənməsi, neftdən gələn böyük vəsaitlərin saxlanması, hər hansı bir sahəyə yatırıl-ması ilə bağlı şəffaflığın olmaması uzun müddətdir ki, müzakirə mövzusudur.
Bəzi ekspertlər neft gəlirlərinin həm saxlanması, həm də xərclənməsində hökumətin yanlış strategiya seçdiyini bildirirlər. Amma hökumət şəffaflığın təmin olunması, ictimaiyyətin daha ətraflı məlumat al-ması üçün müəyyən addımlar atmaq niyyətindədir. Belə ki, Azərbaycanda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi çərçivəsində 2013-cü ilin yekunları üzrə hesabatın MHŞT-nin yeni stan-dartlarına uyğun şəkildə hazırlanması nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, yeni standartlara uyğun olaraq, indi, mədən sənayesi çərçivəsində ümumi əməliyyatların həcmi yox, təşəbbüsə üzv olan hər bir şirkətin məlumatları əksini tapacaq: "Bun-dan sonra bütün şirkətlər fərdi qaydada öz hesabatlarını təqdim edəcək və bu, MHŞT-yə üzv olan bütün şirkətlərə aid olacaq".
Ş.Mövsümov bildirib ki, yeni qəbul olunmuş standarta görə, hər bir neft-qaz şirkəti məcburi şəkildə qa-zandığı gəlirlər barədə ictimaiyyətə ətraflı hesabat verəcək: "Bu, son illər ərzində əldə olunan böyük bir nailiyyətdir. MHŞT çərçivəsində hesabatın yeni detalı və ətraflı forması xüsusilə neft-qaz sektoru daxil olmaqla, hasilat layihələri çərçivəsində əldə olunan gəlirlər barədə məlumatı daha əlçatan edəcək".
İqtisadçı-alim, sabiq deputat Nazim Məmmədov isə "Reytinq"ə deyib ki, Azərbaycanda bu istiqamətdə tam şəffaflığa nail olmaq üçün bu templə hələ çox zamana ehtiyac var. Onun sözlərinə görə, Azərbay-can Dövlət Neft Fondunun saytında illik, rüblük hesabatlarla bağlı rəqəmlərdən başqa heç bir dolğun məlumata rast gəlmək mümkün deyil: "Yəni, Neft Fondunun cəmiyyətə açıqladığı hesabatlarda cəmiy-yəti maraqlandıran məsələlər yer almır. Xüsusən də investisiya qoyuluşu ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar verilmir. Uzaqbaşı Neft Fondunun əsasnaməsinə uyğun olaraq, "filan sahə üçün bu qədər vəsait daşınmaz əmlak yatırdılıb, filan qədər qızıl alınıb, yaxud xarici maliyyə institutlarında filan qədər vəasit var",- kimi məlumatlar olur. Ancaq hansı xarici maliyyə institutlarında, hansı ölkələrdə nə edilib, bu barədə ətraflı məlumat verilmir. Fondun vəsaitlərinin hansı valyuta ilə saxlanmasını da ümumi rə-qəmlərdə görürük. Ümumi rəqmlər də şəffaflıqla bağlı cəmiyyətin gözləntilərini doğrultmur".
Nazim Məmmədov Dövlət Neft Fondunun təkcə bir ildə yanlış yatırım, investisiya siyasətinə aid biri-iki nümunə də göstərib: "Qızılın bir unsiyası 1900 dollara yaxın olan bir vaxtda bu sahəyə yatırım edildi və həmin qızıl Azərbaycana gətirildi. Amma 2013-cü ilin yay aylarında qızılın bir unsiyası 1400 dollara qədər endi. Bunun özü yanlış yatırımın sübutudur. Yəni, təkcə bir əməliyyatda 400-500 milyon itkidən söhbət gedir. Cəmiyyət bilməlidir ki, hansı məsləhətçi şirkət Neft Fonduna belə məsləhətlər verir ki, itkilərlə üzləşməli oluruq".
İqtisadçı-alim nağd vəsaitlərin qoyuluşundan gələn gəlirlərlə bağlı da ciddi prolemlərin olduğunu söyləyib. Onun fikrincə, nağd vəsaitlərin gəlirlik dərəcəsinin bir faizə yaxınlaşmadığı müşahidə olunur: "Biz dəfələrlə vurğulamışıq ki, Azərbaycan Dövlət Neft Fondu vəsaitlərin idarə edilməsi ilə bağlı strategiyaya yenidən baxmalıdır. Ölkənin daxilindəki pul qıtlığının, bahalı pul probleminin həllində rol oynamalı, buna təşəbbüs göstərilməlidir.
Neft Fondu xarici ölkələrdə əmlak alır, amma əmlak almaq yolu tutulursa, daha çox öz ölkəsində bunu həyata keçirsin və vəsaiti öz ölkəsinin iqtisadiyyatına yönəltsin. Bu zaman həm iqtisadiyyat canlanar, həm də pul ölkədən kənara çıxmaz. Rusiyada, Fransada, yaxud da Amerikada daşınmaz əmlakın nə mə-nası var? Vəsaiti öz ölkəmizə yatırsınlar, tender elan eləsinlər, vətəndaşlar üçün ucuz evlərin tikilməsinə şərait yaratsınlar, ömürlük gəlir əldə etmək strategiyasını seçsinlər. Sifarişçi olaraq, evlər tikdirsinlər, gənclərə, yaxud başqa kateqoriyadan olan insanlara aşağı qiymətə kirayə versinlər".
N.Məmmədovun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı həmin vəsaitləri həzm edə bilər və itmək ehtimalı da olmaz. Yəni, Neft Fondunun vəsailərinin gələcək nəsillərə bu yolla saxlanması daha yaxşı olardı.
N.Məmmədov hesab edir ki, menecerlərin üzərində də ciddi nəzarət funksiyası həyata keçirilməlidir: "Formal olaraq, Nazirlər Kabinetinin başçısı Müşahidə Şurasının sədridir, guya nəzarət funksiyası həyata keçirilir. Ancaq idarəçiliklə, menecerlə bağlı ciddi problemlər var. Mən deməzdim ki,əNeft Fondunun strategiyası tamamilə yanlışdır. Xarici görünüşdən xarici ölkələrdəki analoji fondlarla eynilik təşkil edir. Ancaq o biri ölkələrdəki fondların gəliri fərqlidir. Məsələn, Norveçdə fondun gəlirliyi 5 faizdən yuxarı, bizdə isə 0,80 olub".
Sabiq millət vəkili onu da qeyd edib ki, digər ölkələrdə bizdəki kimi daxildə problemlər mövcud deyil, banklarda böyük faizlər, inhisarçılıq və bu kimi problemlər yoxdur, iqtisadiyyat özü-özünü tənzimləyir: "Ona görə də onlar investisiyanı xarici bazarlara çıxarırlar. Ancaq bizim daxili iqtisadiyyatımızın kifayət qədər pula olan ehtiyacı qarşılanmayaraq, fərqli yol tutulursa, bu, yanlış strategiyadır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi