MƏTBUATIMIZIN KORONAVİRUSLARI...
07-04-2020 [19:19]
Ləman ƏLƏŞRƏFQIZI
***
Bilmirəm, onlar nə vaxt mətbuatın başına keçdilər? Amma bilirəm ki, onlar mətbuatın başına keçən gündən mətbuat da başını itirdi. Halbuki müstəqillik hərəkatı Azərbaycana həm də müstəqil jurnalistikanı qazandırmışdı. Sovet şinelini tələm-tələsik əynindən soyunan Azərbaycan mətbuatı qısa zaman ərzində nə imzaların şahidi olmuş, nə jurnalistlər tanımışdı. 90-cı illərin jurnalistləri idi onlar. “Aydınlıq”a çıxan “Azərbaycan” üçün “Azadlıq”, “İstiqlal” şərqiləri oxuyurdular. "Millət" öz qəhrəmanlarını həm də bu insanların qələmindən tanıyırdı. Onlar “Cümhuriyyət” aşiqləri idilər, yeni dövrün, yeni ” Çağ”ın nəbzini tutub yazırdılar. Bəzən “Təzadlar” da olurdu, fikir ayrılıqları, mübahisələr, dartışmalar, hətta “Ədalət” tərəzisinin gözü xeyli əyilirdi də, amma jurnalistlər bu günkü qədər əyilmirdi!
Daş mətbuatın başına o vaxt düşdü ki, müstəqil medianın başına daş dövrü təfəkkürlülər keçdi. Keçdi və biçdi… Koronavirus dünyanı biçən kimi…
Bəli, dünya bu gün koronavirusla mübarizə aparır. Azərbaycan da bu mübarizənin ön sıralarındadır. Bilmirik, necə çıxacağıq bu bəladan, bacaracağıqmı? Sevinmək üçün hələ ki, əsasımız yoxdur. Amma bir şeyə ürəkdən sevinirəm: mətbuatın koronaviruslardan təmizlənməsinə. Dünən biri, bu gün biri, əminəm ki, sabah da başqa biri gedəcək. Bəlkə, bundan sonra mətbuat bir balaca nəfəs aldı. 90-cıların ruhunu qaytara biləcəyimizdən əmin deyiləm, yetər ki, jurnalistikanın ayaqaltı olan nüfuzunu bir balaca dirçəldək. Bundan sonra, bəlkə də, qəzetlərimiz daha maraqlı oldu, efirlərimiz daha baxımlı. Kim bilir?!
Yadımdadır, bir dəfə Vüqar Səfərlini efirə qonaq çağırmışdım. Ona sualım bir az sərt idi: “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu adlı qurum nəyə lazımdır? Qəzetləri ələbaxımlığa öyrətmək üçünmü?”
Təbii ki, sual onu qane etməmişdi. Amma cavab bu gün də mənə maraqlıdır. Bu qurum axı nəyə lazımdır? Bir halda ki, qəzetlər oxucu auditoriyasını özləri qazanmayacaq, insanlar sevdikləri qəzetdəki hansısa araşdırmanın dərcini növbəti sayda gözləməyəcək, ona bir ədəd qəzet saxlasın deyə, köşk satıcısı ilə qardaş olmayacaqsa, onda o qəzetin çıxmağından nə, çıxmamağından nə?
Yəqin ki, mümkün olmayan şeydən danışıram. Amma çox da uzaq olmayan illərdə bu, mümkün idi və güman ki, bu gün dünyanın yüz min tirajlarla çıxan qəzetləri də bu cür oxunaqlı olduqları üçün illərdir ayaq üstədirlər. Onlar nə dövlətin boğazına çöküb, nə də ki, onların da bizimki kimi kı-vı-dı-fı-sı var. Bəlkə də Azərbaycan əlifbasının yarısını öz adında birləşdirən bu qurum yeni rəhbər təyinatından sonra iş prinsipini dəyişəcək? Bəlkə də reklam bazarının dirçəldilməsi yönündə proqramlar işləyib hazırlayacaqlar?! Təki, jurnalistikanın inkişafına xidmət edən dəyişiklik olsun.
Qaldı televiziyalarımıza… Nuşirəvan getdi və yəqin ki, bayquşların və hər cür “quş”ların söhbəti də kəsiləcək. İndi tv-lər bir az da bu millətin zövqünə, intellektinə xidmət etsin, gərək. Əvvəlkilərin fəaliyyəti Azərbaycanın lüğətinə telekanalizasiya ifadəsini gətirmişdi. Həyatının əhəmiyyətli hissəsini televiziyaya həsr edən biri kimi, bu ifadədən iyrənirdim. Amma televiziyalarımızdan ondan da çox!
Yeni rəhbərliyin işi çətin olacaq, şübhəsiz. Azərbaycan insanının zövqünü yenidən formalaşdırmaq lazımdır. Hazırsınızmı?
Gününsesi.org
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb