Mikayıl Cabbarov koronavirusun iqtisadi sahələrə təsirindən danışdı: "9 proqram hazırlanıb"
30-03-2020 [22:11]
İqtisadiyyat Nazirliyi və Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların birgə səyi nəticəsində koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün 9 proqram hazırlanıb.
Reyting.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, proqramlar hazırlanarkən ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işi həyata keçirilib: "Bu zərər 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Ən çox zərər çəkmiş sahələr, əhəmiyyətli mənfi təsirə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış sahələr və təsirə məruz qalmamış sahələr müəyyən edilib.
Hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Proqramlar isə 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramların fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir".
Nazirin sözlərinə görə, son günlər baş verən proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib: "Bunlar ictimai iaşə, xidmət, turizm və s. sektorlardır. Digər 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalır. Burada biz 70% əmsalını tətbiq edirik. Yəni, təsir aşağıdır, amma əhəmiyyətlidir.
Proqramların çərçivəsi ondan ibarətdir ki, biz işçinin real maaşını, həmçinin respublika üzrə orta aylıq əmək haqqını götürürük. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manata bərabər olub. Aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara, müəssisələrə ayrılması təklif edilir. Orta aylıq əmək haqqını maksimal hədd kimi götürürük. Burada fəlsəfə ondan ibarətdir ki, həgər bu və yaxud digər işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa, onun daha aşağı əmək haqqı alana nisbətən dərhal dəstəyə ehtiyacı daha fərqlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi