"Böhran zamanı hökumətin müdaxiləsi zəruridir" - Vüsal Qasımlı
29-03-2020 [10:50]
"Qlobal şoklar və pandemiya ölkəmizdə məcmu tələb və məcmu təklifin artım tempinə mənfi təsir göstərir".
Mia.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, qlobal səviyyədə də tələb-təklif spiralı aşağı istiqamətlənib: “Buna baxmayaraq, bu ilin ilk rübündə Azərbaycanda ÜDM-in artımı real ifadədə mümkün olacaq. Xüsusən də, qeyri-neft sənayesi, bitkiçilik, informasiya və rabitə xidmətləri bu artımın əsas drayverləri olacaqlar. Lakin neft qiymətlərinin kəskin düşməsi fonunda bu ilin ilk rübündə ÜDM deflyatorunun da aşağı düşməsi proqnozlaşdırılır. 2017-ci ildən azalan ÜDM deflyatorunun bu ilin ilk rübündə ən aşağı həddə enəcəyini proqnozlaşdırmaq olar. Bu da ilk rübdə ölkədə məhsul və xidmət istehsalının nominal qiymətinə mənfi təsir edəcək. ÜDM deflyatorunun azalması tədiyyə balansına, beynəlxalq investisiya mövqeyinə və yığım səviyyəsinə də mənfi təsir edir”.
V. Qasımlı bildirib ki, hazırkı qlobal iqtisadi böhran şəraitində makroiqtisadi siyasət seçimi iki qərar arasındadır: pandemiyanın qarşısının alınması və resessiyaya yol verilməməsi: “Azərbaycan höküməti bütün vasitələrdən istifadə edib pandemiyanın qarşısını almaqla yanaşı, həm də bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib”.
Ekspert deyib ki, likvidlik tələsinə düşən və uçot dərəcəsi sıfıra yaxınlaşan bəzi Avropa ölkələri böhranla mübarizədə “helikopter pulları”, avrobond və “koronabond”dan istifadə etməklə maliyyə resursları cəlb etmək məcburiyyətində qalıblar: “İnkişaf etməkdə olan 80 ölkə isə BVF-nin dəstəyinə arxalanır. “Böyük 20-lik” də ehtiyacı olan ölkələri böhranla mübarizədə dəstəkləmək üçün 5 trilyonluq büdcə ayırmaq barədə qərara gəlib. Əlbəttə, “havayı pendir yalnız tələdə olur.” Bu arada Azərbaycanın əhəmiyyətli valyuta ehtiyatlarını, güclü fiskal mövqeyini və aşağı xarici borc səviyyəsini əsas götürən “Standard and Poor's” agentliyi ölkəmizin beynəlxalq kredit reytinqini dəyişməyərək “BB+” səviyyəsində saxlayıb. Qlobal şokların təsiri altında Azərbaycanda cari əməliyyatlar hesabında və kapital və maliyyə hesabında kəsir yaranarsa, ehtiyat aktivlərin həcmi imkan verəcək ki, kəsirin maliyyələşməsi həyata keçirilsin. Onsuz da, həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlar itkiyə məruz qalacaqlar. Əsas məsələ itkini minimallaşdırmaq, xarici borcu nəzarətdə saxlamaq və post-korona dövrünə daha yaxşı hazırlaşmaqdır. Bir məsələ də var ki, Azərbaycanda təklifin artım sürətinin yavaşıması biznes dövrü ilə deyil, xarici şoklarla bağlıdır. Deməli, xarici şokların təsiri kuliminasiya nöqtəsinə çatıb səngiməyə başlayanda, Azərbaycan iqtisadiyyatı da öz biznes dövrünə uyğun inkişafını bərpa edəcək. Hansı ki, qlobal iqtisadiyyatda hətta koronaböhrandan əvvəl də artım tempi yavaşıyırdı”.
V. Qasımlının fikrincə, Azərbaycanın xarici borc və monetar yumşalma deyil, öz resursları ilə böhranla mübarizə aparması ölkəmizi post-böhran dövründə daha əlverişli vəziyyətə çıxaracaq: “Keyns nəzəriyyəsinə görə, böhran zamanı hökumətin müdaxiləsi zəruridir. Bir şərtlə ki, dəstək proqramı səmərəli və nəticə-əsaslı tətbiq edilsin. Lakin Rikardo-Barro effektinə görə, hökumətlərin borca əsaslanan indiki xərcləmələri, gələcəkdə həmin borcu qaytarmaq üçün vergi yükünü artırır. Hər iki yanaşmanı nəzərə alanda Azərbaycan böhranla mübarizədə daha əlverişli vəziyyətdədir. Başqa sözlə, Azərbaycan hökumətinin bu gün iqtisadiyyata verdiyi dəstəyi, sabah vətəndaşımız vergi kimi geri qaytarmaq məcburiyyətində qalmayacaq. Çünki Azərbaycanda sosial bazar modeli qurulub və dövlətin siyəsətinin mərkəzində vətəndaş dayanıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi